Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 1 yanvar 2021-ci ilədək uzadılmışdır
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 1 yanvar 2021-ci ilədək uzadılmışdır

Azərbaycan Respublikası Milli Məclisinin ​​​​​31.10.2017-ci il tarixdə keçirilən növbəti plenar iclasında gündəlikdəki məsələlərdən biri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər olmuşdur. 

Qanuna nəzərdə tutulan əsas dəyişiklik yoxlamaların dayandırılması müddətinin uzadılması ilə bağlı olmuşdur. Belə ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılmışdır.

Qeyd edək ki, 20 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması nəzərdə tutulmuşdu və bu müddət 01.11.2017-ci il tarixdə yekunlaşırdı. 

Layihə səsə qoyulmuş və qanun qəbul edilmişdir. Qanuna dəyişikliklər Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalandıqdan və dərc edildikdən sonra qüvvəyə minəcəkdir.

Oxşar Yazılar

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

Jul 09, 2020
Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər

Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər

Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər

Aug 07, 2020
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Jan 31, 2022
Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Jan 09, 2023