Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir
Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində yeni inzibati xətalar müəyyən edilmişdir.

 

Belə ki, 22 iyul 2022-ci ildə qüvvəyə minmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində öhdəliklər müəyyən edilmişdir. Hazırkı dəyişikliklərə əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd edilmiş tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə əsasən inzibati məsuliyyət yaradır:

 

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblər.

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyriyaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

 

- illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

 

- tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

 

2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji idarəçisinin (menecerinin) təyin edilməməsi;

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, aşağıda qeyd edilən təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin edilir:

 

  • illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində;

 

  • tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında.

 

3.  “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün müəyyən edilmiş enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin yerinə yetirilməməsi.

 

İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində müəyyən edilmiş inzibati xətaların törədilməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Oxşar Yazılar

Dövlət Satınalmaları haqqında Qanun 2024

Dövlət Satınalmaları haqqında Qanun 2024

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsai...

Feb 07, 2024
Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Oct 18, 2022
Tütün məmulatları haqqında tənzimləmədə yenilik

Tütün məmulatları haqqında tənzimləmədə yenilik

“Tütün və tütün məmulatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası...

Aug 11, 2024