İş yerlərində peyvənd olunma tələbi barədə
İş yerlərində peyvənd olunma tələbi barədə

İş yerlərində peyvənd olunma tələbi barədə

 

26 İyul 2021-ci ildə Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli Qərarına dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

 

Dəyişiklər məcburi peyvənd olunma barədə bir sıra tələbləri nəzərdə tutmuşdur.

 

Bu dəyişiklərə əsasən, 1 Sentyabr 2021-ci ildən etibarən dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması tələb olunur. Peyvənd mümkün olmadığı təqdirdə, bu şəxslər immun sertifikatına malik olmalıdırlar.

 

Bu müəssisələrin siyahısı aşağıda sadalanan kimi qeyd olunmuşdur:

  •  mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

  • mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

  •  elektrik enerjisi, qaz, istilik ilə təchizat;

  • su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

  • tullantıların yığılması, emalı və məhv edilməsi;

  • dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

  • liman xidmətləri;

  • logistika xidmətləri;

  • telekommunikasiya və rabitə xidmətləri;

  • poçt və kuryer fəaliyyəti;

  • sosial xidmətlərin göstərilməsi;

  • fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti;

  • topdan və pərakəndə ticarət;

  • ictimai iaşə;

  •  yeməklərin göndərilməsi və çatdırılma xidmətləri;

  • mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

  •  turagentliklərinin və turoperatorların fəaliyyəti;

  • maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri);

  • poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

  • bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

  • kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

  • avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

  • kirayə və lizinq fəaliyyəti;

  • daşınmaz əmlakın alınması və satılması xidmətləri;

  • memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

  • reklam fəaliyyəti və bazarın öyrənilməsi;

  • işə düzəltmə agentliklərinin fəaliyyəti;

  • tədris və repetitor xidmətləri;

  • tərcümə üzrə xidmətlər;

  • dizayn fəaliyyəti;

  • fotoqrafiya sahəsində fəaliyyət;

  • sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

  • istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

  • dezinfeksiya xidmətləri;

  • toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

  • dərzi xidmətləri;

  • bərbərxana və gözəllik salonları;

  • baytarlıq fəaliyyəti;

  • heyvan sığınacaqları.

 

Əlavə olaraq, bu tələb əmək müqaviləsi əsasında işçi olması və ya xidmət müqaviləsi ilə xidmətləri təmin etməsindən asılı olmayaraq bütün şəxslərin 80 %-ə şamil edilir.

 

Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar tənzimetmələr və biznes standartları ilə əlaqədar bizimlə qeyd edilən əlaqə vasitələrlə əlaqə saxlaya bilərsiniz: [email protected]; 0099450 289 89 73