COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi
COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

COP 29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

 

10 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Milli Məclis tərəfindən qəbul edilmiş COP29-a ev sahibliyinə dair ölkə razılaşmasını təsdiq edən qanunu imzalayıb. Bu razılaşma, Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Razılaşmasının Katibliyi arasında 2024-cü ilin avqust ayında imzalanmışdır (bundan sonra “COP29 Azərbaycan Ev Sahibi Ölkə Razılaşması” adlandırılacaq) və qeyd edilən qanunun dərc edilməsilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş hesab edilir.

Qeyd edək ki, COP29 Azərbaycan Ev Sahibi Ölkə Razılaşması, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası, Kioto Protokolu üzrə Tərəflərin 19-cu sessiyası, Paris Razılaşması üzrə Tərəflərin 6-cı sessiyası və köməkçi orqanların sessiyaları ilə bağlıdır.

COP29 Azərbaycan Ev Sahibi Ölkə Razılaşmasına əsasən, Azərbaycan COP 29 tədbirini razılaşmanın şərtlərinə uyğun olaraq təşkil etməyi, o cümlədən konfrans yerləri, yaşayış, nəqliyyat, tibbi xidmətlər, habelə iştirakçıların təhlükəsizliyi və müdafiəsini təmin etməyi öhdəsinə götürür.

10 oktyabr 2024-cü il tarixli Prezident Fərmanı ilə COP29-un Seçilmiş Prezidenti olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə, COP29 Azərbaycan Ev Sahibi Ölkə Razılaşmasının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Oxşar Yazılar

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu: Lisenziyalaşdırılan ödəniş alətləri

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu: Lisenziyalaşdırılan ödəniş alətləri

“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycanda...

Oct 02, 2023
Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Aug 30, 2021
COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

Jul 09, 2020