26 noyabr 2019-cu ildə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Qanun”) qəbul edilmişdir.
Qanun mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki tənzimləmənin, texniki reqlamentlərə dair tələblərin və bu tələblərə uyğunluğun qiymətləndirilməsi, habelə təsərrüfat subyektlərinə dair ümumi tələblərin müəyyən edilməsinə yönəlmişdir. Qanuna əsasən, texniki tənzimləmə- mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi, texniki reqlament- mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktdır.
Qanunun tətbiqi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qanun qüvvəyə mindikdən sonra 5 il ərzində texniki tənzimləmə sahəsində texniki reqlamentlər qəbul ediləcəkdir. Texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşacaqdır.
Hər hansı texniki reqlament qəbul edildikdən sonra qüvvəyə minməsi üçün 6 ay müddət müəyyən ediləcəkdir ki, bu müddət ərzində yerli və xarici təsərrüfat subyektlərinin müvafiq texniki reqlamentin tələblərinə uyğunlaşmaq imkanı olacaq. Təsərrüfat subyektlərinin texniki reqlamentlərə uyğunluğu yoxlanılacaqdır. Uyğunluğun yoxlanılması məqsədilə yüksək riskli mallar üçün uyğunluq sertifikatı veriləcək, orta və aşağı riskli mallar üçün isə uyğunluq bəyannaməsi tərtib ediləcəkdir.
Qanun 26 may 2019-cu ildə qüvvəyə minəcəkdir.