Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 11 fevral 2022-ci il tarixdə öhdəliyin icrasının təmini üsulu olan ipoteka ilə bağlı qərar qəbul etmişdir.
İşin faktiki hallarından görünür ki, Q. Arkişiyev 14 may 2013-cü ildə “Texnikabank” ASC-dən 11.000 manat məbləğində kredit götürmüş, qarşılığında isə öz evini ipoteka müqaviləsi əsasında yüklü etmişdir. Sonrakı müddətdə Q. Arkişiyev borclarını ödəməmiş, bu səbəbdən də “Texnikabank” ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu 15,998.84 manat borcun qaytarılması və tutmanın ipoteka predmeti olan evə yönəldilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin keçməsi səbəbindən iddianın təmin olunmaması və evin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Hazırda bu predmet üzrə məhkəmə təcrübəsində iki fərqli yanaşma mövcuddur:
Konstitusiya məhkəməsi qeyd edir ki, “İpoteka Haqqında” Qanunun 48-ci maddəsində ipoteka müqaviləsinə xitam vermənin əsasları göstərilmişdir. Lakin həmin hissədə iddia müddətinin keçməsi öz əksini tapmır. Qanunun 10.1-ci maddəsində isə ipoteka müqaviləsinin müstəqil xarakterli olmadığı və əsas öhdəliyin icrasını təmin etmək məqsədi daşıdığı vurğulanır.
Sonda qeyd edilir ki, əşya hüquqları tam (mülkiyyət hüququ) və məhdud (servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov, ipoteka və s.) olmaqla 2 əsas qrupa bölünür. Əşya hüquqları isə iddia müddətinə tabe deyildir.
Yuxarıdakıları nəzərə alan Konstitusiya Məhkəməsi qərara almışdır ki,
Beləliklə, “Texnikabank” ASC iddia müddətinin keçməsi səbəbilə borcun ödənilməsi üçün tutmanı Q. Arkişiyevin evinə yönəldə bilmir. Lakin Q. Arkişiyev kredit borcunu ödəyənə qədər onun evi “Texnikabank” ASC-nin xeyrinə ipotekada qalacaqdır.