Azərbaycan Respublikasındakı Vergi Dəyişiklikləri  (2019)

Azərbaycan Respublikasının Vergi Məcəlləsində 200-dən artıq maddə dəyişdirilmişdir. Dəyişikliklər 1 Yanvar 2019-cu ildən etibarən qüvvəyə minmiş hesab olunur. 

Dəyişikliklər yeni vergi güzəştləri və azaltmaları da daxil olmaqla bir çox maddi və prosessual məsələləri əhatə edir. 

Əhəmiyyətli dəyişikliklər aşağıdakı kimi ümumiləşdirilmiş və qruplaşdırılmışdır. 

Anlayışlar  

Dividend kimi bəzi anlayışlar məcəllədəki boşluqları doldurmaq və qanunsuz yayınmaların qarşısını almaq üçün dəyişdirilmiş və yeni anlayışlar əlavə olunmuşdur. Bunlara nümunə olaraq KOB klaster şirkəti, Startap, Kapital, Elektron Kabinet, Məcburi nişanlama, İqtisadi maraqlar mərkəzi, Aksiz markası, İnnovasiya fəaliyyəti anlayışlarını göstərmək olar. 

Malların Məcburi Nişanlanması  

Siyahısı müəyyən edilmiş mallar üçün məcburi nişanlama sistemi tətbiq edilmişdir. Vergi ödəyiciləri məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaqla bağlı müəyyən edilmiş qaydalara riayət etməlidirlər. 

  • Vergi Prosedurları  

Vergi auditləri, vergi ödəyiciləri və vergi orqanlarının hüquq və vəzifələri, informasiya mübadiləsi və kommunikasiya ilə bağlı bir sıra prosedur məsələləri dəyişdirilib, düzəliş edilib və aydınlaşdırılıb. 

- ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaiti vergi ödəyicisinin ƏDV depozit hesabında dondurula bilər. Vergi ödəyicisi bildirişin aldığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya yuxarı inzibati quruma şikayət vermədikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinin ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. (Yeni maddələr 65.2.3-1 – 65.2.3-3);  

- Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. (Yeni maddə 67.15);  

- İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə investisiya təşviqi sənədi ləğv edildikdə, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. (Yeni maddə 67-2.4);  

-Aşağıdakı vergi ödəyiciləri e-faktura (e-qaimə) təqdim edilməsindən azad olunmuşdur: 

  • müştərilərin hesabları üzrə bank əməliyyatları xidmətlərini həyata keçirən şəxslər; 
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, büdcə təşkilatları; 
  • notariat xidmətləri göstərən notariuslar. 

-Sənədlər aşağıdakı formalardan birinə uyğun olaraq göndərilməlidir (Yeni maddə 70.2-1 -70.2.3): 

  1. vergi ödəyicisinə şəxsən verildikdə, şəxsən verildiyi gün; 
  2. poçt rabitəsi vasitəsilə göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 
  3. elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 
  4. Maliyyə Sanksiyaları  

Yeni maliyyə sanksiyaları tətbiq olunmuş və cari sanksiyaların bir hissəsinə də düzəlişlər edilmişdir. 

- Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə sosial sığorta hesabatını və arayışını təqdim etməməyə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında yeni maliyyə sanksiyası tətbiq edilir (Yeni maddə 57.1-1); 

- Vergi orqanlarına mühasibat uçotu və maliyyə sənədlərini təqdim etmədikdə cəza 100 AZN-dən 1000 AZN-ə artırılmışdır (Dəyişdirilmiş maddə 57.3); 

-Vergi ödəyicilərinin verdiyi məlumatlara və şikayətlərə əsasən vergidən yayınmanın aşkar edildiyi hallarda, ödənilməmiş vergi ödəməsinin 25% -i cəza olaraq tətbiq edilir (Yeni Maddə 58.1-1); 

- müştəriyə təqdim edilməli olan çekin və ya digər ciddi hesabat blanklarının verilməməsinə (nəzarət-kassa aparatları blankları da daxil olmaqla) görə sanksiya ilk pozuntu üçün 400 AZN-dən 1000 manata qədər, ikinci pozuntu üçün 800 AZN-dən 3000 AZN-ə qədər qaldırılmışdır. Üçüncü və sonrakı pozuntular üçün isə 6000 AZN maliyyə sanksiyası müəyyən olunmuşdur (Dəyişdirilmiş Maddə 58.7.2-58.7.3). Bu, 1 yanvar 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq ediləcəkdir; 

- pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (əvvəl bu sanksiyaların həcmi müvafiq olaraq 5% və 10% idi) (Dəyişdirilmiş Maddə 58.8.1); 

- malların alışını və ya mədaxilini təsdiq edən sənədlər; misal üçün, malların alışını təsdiq edən elektron qaimə-faktura, elektron vergi hesab-faktura, gömrük idxal bəyannaməsi və ya Vergi Məcəlləsində göstərilmiş sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Dəyişdirilmiş Maddə 58.8.2); 

- vergi ödəyicisinin gəlir və xərclərinin uçotu aparılmadıqda, rəsmiləşdirilməyən xərclərin 10% -i yeni sanksiya kimi tətbiq edilir (Yeni Maddə 58.8.3). 

- Yeni dəyişikliklərə əsasən vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məxsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən, digər vergi güzəşt və azadolmalarını əldə edən şəxslərə münasibətdə isə 2019-cu il yanvarın 1-dən tətbiq ediləcəkdir.  

  1. 5. Səhmlərin Təqdim Edilməsi

Yeni dəyişikliklər hüquqi şəxslərin səhmlərinin təqdim edilməsi zamanı vergitutmaya açıqlama gətirmişdir: 

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (Yeni Maddələr 96.5, 104.6).  

  1. Şəxsi Gəlir Vergisi

Fiziki şəxslərin gəlir vergisi dəyişdirilmişdir. 

- 1 yanvar 2019-cu ildən 7 il müddətinə özəl qeyri neft-qaz sənayesində işləyən işçilərin gəlir vergisi aylıq gəliri 8 000 AZN-dək olduqda 0%, 8000 AZN-dən çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14%-i məbləğində müəyyən edilmişdir. Əvvəlki gəlir vergisinin dərəcələri 14% (aylıq gəliri 2500 AZN-dək olanlar üçün) və 25% (aylıq gəliri 2500 AZN-dən çox olanlar üçün) indi neft-qaz sənayesi və dövlət müəssiələrində calışanlara tətbiq tətbiq olunur (Yeni Maddə 101.1-1). 

  • Məcburi Sosial Sığorta

Cari olaraq bu sığorta işçinin əmək haqqının 3%-i və əlaqə olaraq işəgötürən tərəfindən ödənilən əmək haqqı fondunun 22%-i məbləğində hesablanır.  
1 yanvar 2019-cu il tarixindən etibarən özəl qeyri neft-qaz sənayesində məcburi dövlət sosial sığorta ödənişləri 7 il müddətində aşağıdakı kimi olacaq: 

Aylıq gəlir  

 (əmək haqqı) 

Sosial sığorta ödənişlərinin dərəcəsi  

Yekun 

Sığorta olunanın (işçinin) əmək haqqından ödənilən  

Sığortaedən (işəgötürən) tərəfindən ödənilən  

200 manata qədər 

25 % 

3 % 

22 % 

200 manatdan çox olduqda 

25 % 

6 AZN + 200 AZN-dən çox olan məbləğin 10 faizi 

44 AZN + 200 AZN-dən çox olan məbləğin 15 faizi 

CƏDVƏL 1. 

- Fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30,000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi vergidən azad edilir. Qeyd etmək lazımdır ki, bu, neft-qaz sənayesi və dövlət müəssisələrinə aiddir, çünki qeyri neft-qaz sənayesi 101.1-1-ci maddəyə əsasən vergidən azad edilir (Dəyişdirilmiş maddə 102.1.3) 

- Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Əvvəllər, bu vergi dərəcəsi illik gəlir 30000 AZN-dək olduqda 14 faiz, 30000 AZN-dən çox olduqda isə 25 faiz idi. (Dəyişdirilmiş maddə 101.2);  

  • Vergi Azadolmaları

Gəlir və mənfəət vergisi üçün aşağıdakı azadolmalar və endirimlər təqdim olunmuşdur. 

- 1 yanvar 2019-cu ildən başlayaraq POS Terminal vasitəsilə nağdsız vasitələrlə pərakəndə satış və ictimai iaşə fəaliyyətinə görə əldə olunan gəlir ümumi gəlirdə nağdsız gəlir nisbətini nəzərə alaraq 3 il müddətinə 25% azaldılır, yəni xərclər mütənasib olaraq nəzərə alınır (Yeni Maddə 102.1.24 ); 

- qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir vergitutmadan azaddır.(Yeni Maddə 102.1.25); 

- fərdi sahibkarların və hüquqi şəxslərin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi vergitutmadan azaddır. (Yeni Maddə 102.1.27, Yeni maddə 106.1.19); 

- mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergitutmadan azaddır. (Yeni Maddə 102.1.30, Yeni Maddə 106.1.20)1; 

- mikro və ya kiçik sahibkarlıq subyekti olan fərdi sahibkar və ya hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə vergi tutmadan azaddır. (Yeni Maddə 102.1.31, Yeni Maddə 106.1.23); 

- KOB klasterin iştirakçısı olan fərdi sahibkarın və hüquqi şəxslərin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergi tutmadan azaddır. (Yeni Maddə 102.1.32, Yeni Maddə 106.1.22); 

-KOB klaster şirkətinin mənfəəti KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə vergi tutmadan azaddır. (Yeni Maddə 106.1.21);  

-təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla vergitutmadan azaddır. (Yeni Maddə 106.1.7); 

-kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2024-cü il 1 yanvar tarixinə qədər vergitutmadan azaddır. (Yeni Maddə 106.1.14); 

- Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara uyğun olan elm, təhsil, səhiyyə və idman müəssisələrinə, xüsusi hüquqi şəxslər tərəfindən illik xalis mənfəətin 10% -dən artıq olmayan məbləğdə sosial köçürmələr 1 yanvar 2019-cu il tarixindən başlayaraq 10 il ərzində vergilərdən azaddır (Yeni maddə 106.1.18); 

- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri. (Yeni Maddə 102.1.22-1, Yeni Maddə 106.10);  

- Aşağıdakı Əlavə Dəyər Vergisi azadolmaları tətbiq edilmişdir: 

  • sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə (Yeni Maddə 164.1.39); 
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə (Yeni Maddə 164.1.40); 
  • yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı (Yeni Maddə 164.1.41); 
  • “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar. (Yeni Maddə 164.1.42); 

Sahibkarlıq subyektlə rinin  kateqoriyaları aşağıdakı kimi müəyyən olunmuşdur  

Sahibkarlıq subyektlərinin kateqoriyaları 

İşçilərinin orta sayı  

İllik gəlir (İG) 

(1000 AZN) 

Mikro sahibkarlar 

1-10 

İG ≤ 200 

Kiçik sahibkarlar 

11-50 

200 < İG ≤ 3 000 

Orta sahibkarlar 

51-250 

3 000 < İG ≤ 30 000 

 İri sahibkarlar 

251 və daha çox 

30 000 < İG 

Cədvəl 2 

  • Gəlirdən Çıxılan Xərclər  

- Əvvəlki tənzimlənmələrə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz xərcləri təsdiq edən sənəd hesab olunmurdu. Çap edilmiş qəbzlərin sənədləşdirilmiş xərclər kimi tanınmasına imkan yaratmaq üçün aşağıdakı istisnalar qanunla müəyyən edilmişdir (Dəyişdirilmiş Maddə 109.8): 

- müştərilərin hesabları üzrə bank əməliyyatları xidmətlərini həyata keçirən şəxslər 

- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları büdcə təşkilatları 

 - notariat xidmətləri göstərən notariuslar 

-  Transfer qiyməti qaydaları əlaqəli tərəflər arasındakı borclar üzrə əməliyyatlara tətbiq edilir (Yeni Maddə 110.2); 

- Xaricdən alınan borclar vergi ödəyicisinin xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. 

- Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyektləri 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. (Yeni Maddə 114.3-1, Yeni Maddə 114.3-2); 

- Vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir (Yeni Maddə 121.3); 

  • Dividend

- Dividend anlayışı hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan aktivlərin bölüşdürülməsi və səhmlərin xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında səhmdarlar tərəfindən geri alınması ilə bağlı məsələləri də əhatə edəcək şəkildə genişləndirilmişdir. (Dəyişdirilmiş Maddə 13.2.15); 

- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri. (Yeni Maddə 102.1.22-1, Yeni Maddə 106.10); 

- Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman ödəmə mənbəyində 10% vergi tutulur. (Yeni Maddə 122.4). 

  • ƏDV-nin Qaytarılması Sistemi

Yeni ƏDV-nin Qaytarılması Sisteminə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-yə görə geri ödəniş əldə edə biləcəklər. (Yeni Maddə 165.5) 

Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi müştəriyə qaytarılacaqdır. ƏDV-nin qaytarılması sisteminin qaydaları və şərtlərini təyin edən müddəalar Prezident tərəfindən qəbul ediləcəkdir. 

  • Aksiz Vergisi

Aksiz Vergisi aşağıdakı yeni mallara tətbiq olunur (Yenilənmiş maddə 190): 

- energetik (alkoqolsuz və ya alkoqollu) içkilər, alkoqollu energetik içkilərin hər bir litri üçün 2 manat, alkoqolsuz energetik içkilərin hər bir litri üçün 3 manat; 

- avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) mühərrik həcminə görə hər kub santimetrə 2 AZN-dən hər kub santimetrə 10 AZN-ə qədər dəyişir; 

Mövcud malların bir hissəsi üçün Aksiz vergisi artırılmışdır (məsələn, tütündən hazırlanmış 1000 siqaretə 12 AZN, 20 AZN-ə qədər artırılmışdır). 

  • Əmlak Vergisi

Əmlak vergisindən yeni azadolunmalar qəbul edilmişdir: 

- 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aşağıda qeyd edilmiş şərtlərlə aid edilir a) hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın; b) dənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın. Bu azadolma hüququ yalnız bir hesabat ili üzrə tətbiq edilir (Yeni Maddə 199.12 and 199.13); 

- Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (Yeni Maddə 199.14) 

- KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azaddırlar (Yeni maddələr 199.15 and 207.6); 

- Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində əldə etdiyi və onun mülkiyyətində olan əmlaka görə 2019-cu il yanvarın 1- dən 2 il müddətinə əmlak, torpağa görə isə 2019-cu il yanvarın 1- dən torpaq vergisini ödəməkdən azaddır. 

  • Sadələşdirilmiş Vergi

Sadələşdirilmiş Vergi dərəcəsi bütün Azərbaycan ərazisində 2 faiz müəyyən olunmuşdur. Aşağıdaki vergi ödəyiciləri 1 Yanvar 2019-cu il tarixindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayacaqlar: 

- Məcburi nişanlama ilə nişanlanmalı olan malların istehsalı ilə məşğul olan şəxslər (Yenilənmiş maddə 218.5.1); 

- İşçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər (Yenilənmiş maddə 218.5.8); 

- Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər (Yenilənmiş maddə 218.5.9); 

- Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər, daşıma xidməti göstərən şəxslər (maddə 218.4.1) və sabit məbləğdə vergi tutmaya cəlb olunmuş xidmətləri göstərən şəxslər (maddə 220.10) sadələşdirilmiş vergi ödəyicisidirlər. (Yeni Maddə 218.5.10) 

- Qızıl və ondan hazırlanmış zərgərlik məmulatlarının, habelə almazın satışını həyara keçirən şəxslər (Yeni Maddə 218.5.11) 

- xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər (Yeni Maddə 218.5.12). 

Əvvəllər mal satışı (ticarət) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri onların illik gəliri 200 000 AZN-i keçdikdə belə sadələşdirilmiş vergi ödəyicisi (dövriyyənin 6%) olmaq hüquqlarını saxlayırdılar. Yeni dəyişikliklərə əsasən, bu müddəa məcəllədən çıxarılır və bu sahibkarlıq subyektləri illik gəlirləri 200 000 AZN-i keçdiyi təqdirdə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli və 20% mənfəər vergisi ödəməlidirlər. 

Vergi məsləhətlərimiz və mühasibatlıq xidmətlərimiz barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.