Korporativ Sosial Məsuliyyət prinsiplərimiz aşağıdakılardır:
Gender bərabərliyi: Şirkətimizdə gender bərabərliyi cinsindən asılı olmayaraq fərdlərə məşğulluq, vəzifə öhdəlikləri, təzminat və imkanlarla bağlı ədalətli və bərabər münasibəti özündə ehtiva edir.
Qənaətbəxş iş və iqtisadi inkişaf: Biz davamlı, hərtərəfli və iqtisadi inkişafı, həmçinin bütün işçilər üçün iş-şəxsi həyat balansı da daxil olmaqla tarazlaşdırılmış və ədalətli məşğulluq şəraitini təşviq edirik.
Etik biznes praktikası: Biz hüquq və vergi sahəsində yüksək etik standartlara əməl edərək fəaliyyət göstəririk.
Tələbələrə dəstək: Biz bakalavrlar pilləsində təhsil alan tələbələrə təcrübə imkanları təklif edərək və təcrübələrini uğurla başa vurduqları halda onları tam ştatlı işçi kimi işə götürərək fəal şəkildə dəstək göstəririk.
Pro Bono hüquq xidmətləri: Əlillər və müharibə veteranlarının ailə üzvləri də daxil olmaqla, hüquqi təmsilçilik üçün ödəniş imkanı olmayan şəxslərə və ya qeyri-kommersiya təşkilatlarına pulsuz hüquqi xidmətlər təqdim edirik. Buraya hüquq məsləhətləri və ya hüquqi sənədlərlə bağlı yardım daxildir.
Ekoloji təşəbbüslər: Şirkətimiz ətraf mühitin mühafizəsi üzrə yerli layihələri dəstəkləməklə ekoloji davamlılıq təşəbbüslərində iştirak edir. Əhəmiyyətli məhkəmə mübahisələri və ekoloji mübahisələrdə, şikayətlərdə və təşəbbüslərdə şəxslərin kollektiv şəkildə təmsil olunması ilə bağlı açıq çağırışımız mövcuddur.
Qeyri-kommersiya təşkilatlarına dəstək: Biz yerli xeyriyyə təşkilatları və ya qeyri-kommersiya təşkilatları ilə onlara hüquqi ekspertiza və yardım təklif etməklə tərəfdaşlıq edirik. Ətraf mühitin, heyvan hüquqlarının qorunması, əlillər təşkilatlarının dəstəklənməsi bu qəbildən olan işlərimizə daxildir.