Hüquqi Bəyanat

Hüquqi Bəyanat

 

Bu vebsayt “Caspian Legal Center” MMC (sonradan “CLC” və ya “Şirkət” adlandırılacaqdır) tərəfindən yaradılmışdır. CLC 18.10.2013 tarixində 1502413911 nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir və hüquqi ünvanı aşağıdakı kimidir: 15 "8 Noyabr" prospekti, Azure Biznes Mərkəzi, 15-ci mərtəbə, ofis 98, AZ1025, Bakı, Azərbaycan.

Aşağıdakı bəyanat, məsuliyyətdən imtina və bildirişlər bu vebsaytda təqdim edilən bütün məlumatlara və ya bizim korporativ e-poçt ünvanlarımız vasitəsilə çatdırılan məlumatlara tətbiq edilir. Bu vebsaytdan və/və ya CLC xidmətlərindən istifadə bu Hüquqi Bəyanatın məzmununa razılıq verdiyinizi göstərir. Bu Hüquqi Bəyanatın məzmunu istənilən vaxt xəbərdarlıq edilmədən dəyişdirilə və yenilənə bilər.

 

Məsuliyyətdən İmtina

 

Bu vebsaytda əksini tapan hər hansı məlumat yalnız məlumat məqsədlidir. Belə məlumat heç bir halda hüquqi məsləhət və ya peşəkar fikir kimi qəbul edilməməlidir.

 

CLC bu vebsaytda təqdim edilən məlumatlarla bağlı, ondan istifadə, o cümlədən onunla bağlı hər hansı atılmış hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşımır. Hər hansı bir addım atmadan əvvəl peşəkar məsləhət alınması tövsiyə olunur.

Şirkətimiz bu vebsaytda və ya Şirkətimizin e-poçtları vasitəsilə istinad edilən məlumatlara və ya vebsaytlardakı məlumatların doğruluğuna zəmanət vermir və digər belə vebsaytlardakı məlumatları təsdiqləmir. Bu vebsaytın heç bir məzmunu konkret bir nəticəyə zəmanət kimi şərh edilə bilməz.

Müasir informasiya təhlükəsizliyi ilə bağlı mürəkkəb məsələlər nəzərə alınaraq, ən geniş yayılmış təcrübə və yüksək texnologiya tətbiq edildiriyni bəyan etsək belə, bu vebsayt və ya Şirkətimizin e-poçtları vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyi ilə bağlı heç bir zəmanət verilmir.

 

Məxfilik Bildirişi

 

Vebsaytımızdan istifadə zamanı, həmçinin e-poçt mübadiləsi vasitəsilə istifadəçilərin (vebsayt istifadəçiləri və ya e-poçt alıcıları) şəxsi məlumatlarını toplaya bilərik. Bu məlumatlardan xidmətlərin göstərilməsi, vebsaytın yenilənməsi və təhlükəsizliyi, sizinlə əlaqə saxlanılması və tətbiq olunan qanunlara riayət edilməsi məqsədilə istifadə edilə bilər. Toplanan şəxsi məlumatlar yuxarıda göstərilən məqsədlər üçün zəruri olduğu müddətdə Şirkət tərəfindən saxlanılır.

 

Biz şəxsi məlumatları üçüncü şəxslərə satmırıq. Bu məlumatlar yalnız Şirkət daxilində və ya xidmətlərin göstərilməsi üçün zəruri hallarda məsləhətçilərimiz və ekspertlərlə paylaşılır.

Siz şəxsi məlumatların toplanmasına etiraz etmək hüququna, habelə Azərbaycanın “Fərdi Məlumatlar Haqqında” Qanununda göstərilən digər hüquqlara maliksiniz.

 

Cookie-lərlə bağlı Bəyanat

 

Ümumi vebsayt istifadəsi təcrübəsi olaraq, biz cihazınıza kiçik məlumat faylları (cookie-lər) göndərə bilərik. Bu cookie-lərin bəziləri vebsayt istifadəsi üçün zəruridir, digərləri isə istifadəni asanlaşdırmaq üçün nəzərdə tutulub.

Bu cookie-lərin bəziləri Google Analytics və ya oxşar xidmət təminatçıları kimi üçüncü tərəflər tərəfindən istifadə edilə bilər.

Bu cookie-ləri cihazınızdan silə və ya bu barədə suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Müraciət üçün:

“Caspian Legal Center” MMC

Mobil: (+994 55) 260 49 40, (+994 50) 289 89 73

Ofis: (+994 12) 480 14 86

Hüquqi ünvan: AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 noyabr, ev.15, 1212-ci mərtəbə, m.15-ci mərtəbə,

ofis 98, Azure Biznes Mərkəzi

VÖEN: 1502413911