Nəqliyyat və Dəniz hüququ
Nəqliyyat, Daşımalar, Logistika| Hüquq Xidməti

Caspian Legal Center şirkəti nəqliyyat, logistika, dənizçilik və daşıma sənayelərində hüquqi xidmətlər təmin etməkdə təcrübəli olan hüquqşünaslarla tərəfdaşlıq edir.

Azərbaycanda Nəqliyyat və Dəniz hüququ xidmətləri

Caspian Legal Center şirkəti nəqliyyat, logistika, dənizçilik və daşıma sənayelərində hüquqi xidmətlər təmin etməkdə təcrübəli olan hüquqşünaslarla tərəfdaşlıq edir.

Azərbaycanda Nəqliyyat Və Logistika Sənayesi

Bütün bazarlarda inkişaf edən yüksək səviyyəli IT həlləri Azərbaycanın nəqliyyat və logistika xidmətləri sənayesində də tətbiq olunur. Digər ölkələrdə olduğu kimi burada da müvafiq sənayedə tətbiq edilən müasir həllərlə yanaşı ənənəvi müvafiq xidmətlərin göstərilməsi transmilli şirkətlərin diqqətini cəlb edir. Xüsusilə də ölkənin Şərq və Qərb arasında logistika əlaqəsi rolunu oynayan məkanda yerləşməsi yerli hökumətin infrastukturu, eləcə də müvafiq sənayenin xüsusi qaydalarını inkişaf etdirməsinə təkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Heydər Əliyev Beynəlxalq Aeroportu (yük terminalı), Ələt Dəniz Limanı, Ələt Azad İqtisadi Zonası (ƏAİZ) kimi əsas müvafiq sənaye infrastrukturları ölkənin əsas qovşaqları, eləcə də perspektivli infrastrukturlarıdır.

Azərbaycanda Nəqliyyat və Logistika sənayesinin hüquqi tənzimlənməsi

Müvafiq sahədə əsas qanunvericilik aktları Azərbaycan Respublikasının “Aviasiya haqqında” Qanunu, “Dəniz limanları haqqında” Qanun, “Avtomobil Nəqliyyatı haqqında” Qanun,  Ticarət Gəmiçiliyi Məcəlləsi, ”Nəqliyyat haqqında” Qanun və “Ələt Azad İqtisadi Zonası haqqında” Qanundur.

Müvafiq sənaye üçün qanunvericilik bazasını nəzərə alaraq, ƏAİZ-də bizneslərin qarşılıqlı əlaqəsini tənzimləmək üçün əsas iqtisadiyyatdan fərqli xüsusi qanunların tətbiq ediləcəyi nəzərə alınmalıdır.

Nəqliyyat və logistika sahəsində hüquqi xidmətlər

Nəqliyyat və logistika sənayesindəki hüquqi xidmətlərimizə, o cümlədən, aşağıdakı xidmətlər daxildir:

  • Nəqliyyat/logistika və ticarət gəmiçiliyi müqavilələrinin, daşıma şərtləri, qaydaları və prosedurların nəzərdən keçirilməsi və hazırlanması və daşıma ilə əlaqədar digər hüquqi məsləhətlərin verilməsi
  • Yerli və beynəlxalq qanunlar və qaydaları əhatə edən nəqliyyat müqavilələrinin tərəflərinin mübahisələrdə təmsil olunması
  • Nəqliyyat vasitələrinin alınması və icarəsi vergiləri daxil olmaqla, yerli və beynəlxalq malların daşımasından irəli gələn xüsusi vergi və gömrük rüsumları, beynəlxalq daşıma şirkətlərinin Azərbaycan mənbəyindən əldə etdiyi gəlir nəticəsində yaranan ödəmə mənbəyində vergilər və bu cür vergilərin optimallaşdırılması ilə bağlı məsləhət xidməti
  • Malların və ya insanların daşınmasına xas olan xüsusi əmək və ya xidmət münasibətləri üzrə məsləhət xidməti
  • Brokerlər və sığortaçılarla mübahisələr və demuraj (demurrage) xərcləri daxil olmaqla, daşıma ilə əlaqədar iddialar
  • Sənayeyə xas sürücülük və narkotik maddə istifadəsi siyasətlərinin hazırlanması
  • Xidmət səviyyəsi müqaviləsi (SLA), sürücü və sərnişin təhlükəsizlik qaydalarının hazırlanması
  • Nəqliyyatla bağlı ekoloji məsələlər, sosial məsuliyyət və HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit)
  • IT əsaslı nəqliyyat xidmətləri təminatçıları üçün sayt / tətbiq üçün xidmət şərtlərinin (T&C) və müştəri bildirişlərinin mətnlərinin hazırlanması
  • Sürücülük vəsiqələri üçün konsultasiyalar, taksi sifarişi operatoru fəaliyyətinə icazə, sürücü və nəqliyyat vasitələrinə tələblər daxil olmaqla, qanuni məsələlər
  • Anbar və nəqliyyat qaydaları və əmlak itkiləri, fırıldaqçılıq və normativlərə uyğunluq daxil olmaqla mübahisələrin həlli
  • Nəqliyyat qəzaları və yaralanmalar
  • Ayıq sürücü xidmətləri üçün xüsusi tənzimləmələr və əlaqəli mübahisələr

 

Azərbaycanda ticarət gəmiçiliyi hüququ

Azərbaycan 1995-ci ildən Beynəlxalq Dəniz Naviqasiya Təşkilatının üzvüdür. Ticarət gəmiçiliyi bir sıra beynəlxalq konvensiyalar ratifikasiya edilmişdir, bunlar arasında 1974 SOLAS, 1972 STCW və 1973/79 MARPOL daxildir. Xəzər dənizində bir neçə dəniz limanı olması və inkişaf etmiş neft və qaz sənayesi sayəsində, dəniz nəqliyyatı sənayesi Azərbaycanda inkişaf etmişdir və nəqliyyat donanması neft tankerləri, yük və Ro-Ro gəmiləri, sərnişin bərələri, çəkmə və dalğıc dəstək gəmiləri kimi əsas nümunələrlə zənginləşmişdir.

Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsi və Dəniz Limanları haqqında Qanun dəniz sənayesi, naviqasiya, dəniz limanları, mühafizə və təhlükəsizlik və digər dəniz sənayesi ilə bağlı ticarət məsələlərini tənzimləyən əsas qanunvericilik aktlardır.

Dəniz hüququna dair məsləhət xidmətlərimizə aşağıdakılar daxildir:

  • Dəniz ticarəti və nəqliyyatında istifadə olunan çarter müqavilələri, sığorta və xidmət müqavilələri
  • Gəmilərin icarəsi və qeydiyyatı
  • Gəmi qəzaları, gəmi ekipajına xəsarət
  • Malların və yükün daşınmasına dair hüquqi tənzimləmələr: məsləhət və uyğunluq dəstəyi
  • Dövlət Dəniz və Liman Agentliyi ilə əlaqələr və normativlərə uyğunluq
  • Azərbaycanda dəniz və dəniz gəmiçiliyi ilə bağlı ekoloji məsələlər