İşsizlikdən sığortanı ödəməkdən yayınanlar məsuliyyətə cəlb ediləcək.
İşsizlikdən sığortanı ödəməkdən yayınanlar məsuliyyətə cəlb ediləcək.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, "İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunu"nun (bundan sonra: Qanun) tələblərinin pozulması inzibati və cinayət məsuliyyətinə səbəb olur. Belə ki, sığortaedən kimi sığortaçıda qeydiyyata durmama; işçiləri işsizlikdən sığorta etdirməmə; Qanunda nəzərdə tutulan qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəməmə, habelə Qanunda nəzərdə tutulan digər tələblərin pozulması inzibati məsuliyyət yaradır və bu halda fiziki şəxslər 100 AZN, hüquqi şəxslər isə 400 AZN məbləğində cərimə edilir. Bununla yanaşı, az miqdarda yəni, iyirmi min manatdan yuxarı olmayan işsizlikdən sığorta haqlarını ödəməkdən yayınmaya görə inzibati xətanın bilavasitə obyekti olmuş ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə tətbiq edilir.

Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və dayandırılmasına səbəb olan Qanunda nəzərdə tutulan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə məlumat verməli olan şəxslər vurulmuş ziyanın bir misli miqdarında cərimə edilir.

Sadalanan hallar nəticəsində yaranmış ziyan xeyli miqdarda, yəni 20 000 AZN-dən artıq olduqda isə həmin əməlləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilir, belə ki, vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Oxşar Yazılar

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Aug 30, 2021
Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Dec 09, 2022
Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Nov 10, 2022
Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdiq edilmişdir

Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdiq edilmişdir

Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdi...

Aug 18, 2020