Litva Respublikası: İnvestisiya və İxrac İmkanları
Litva Respublikası: İnvestisiya və İxrac İmkanları

23 noyabr 2017-ci il tarixdə Caspian Legal Center ("CLC") tərəfindən DEMİRCHİ TOWER Biznes Mərkəzində “Litva Respublikası: İnvestisiya və İxrac İmkanları” adlı tədbir keçirilmişdir.

Tədbir "CLC" partnyoru Fərid Nəbilinin, Litvanın Azərbaycan və Türkmənistandakı Səfirliyinin nümayəndəsi xanım Dalija Ignataviciutenin və hüquq elmləri doktoru xanım Zivile Stubrytenin təqdimatı, investisiya, daşınmaz əmlak, qida, qeyri-qida və s. sahələrdən olmaqla müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Tədbirdə açılışı idarəedici partnyorumuz Cavid Yusifov edərək iştirakçıları salamlamış və tədbirin gündəliyini elan etmişdir.

Daha sonra komandamızın digər üzvü Fərid Nəbili "CLC" və göstərdiyi xidmətlər barədə iştirakçıları məlumatlandırmış, Litva və Azərbaycan arasındakı müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq və yardım barədə sazişlər, müqavilələr və  konvensiyalara dair təqdimatla çıxış etmişdir.

Litvanın Azərbaycan və Türkmənistandakı Səfirliyinin nümayəndəsi xanım Dalija Ignataviciute çıxış etmiş və Litvadakı  investisiya imkanları, ölkənin iqtisadi vəziyyəti barədə iştirakçılara məlumat vermişdir.

"CLC" tərəfindən Litva Respublikasından dəvət edilmiş və bu sahə üzrə təcrübəli hüquqşünas, hüquq elmləri doktoru xanım Zivile Stubryte öz təqdimatı ilə çıxış etmiş və təqdimatında Litva Respublikasına ixrac, həmçinin biznes imkanları və üstünlükləri barədə məlumatlar, daşınmaz əmlak sahəsində investisiya imkanları haqqında informasiya və praktiki təkliflər vermişdir.

Həmçinin, tədbir iştirakçılarından olan "TÜV Austria Azerbaijan"-dan Mustafa Perçinçek şirkətləri tərəfindən yerinə yetirilən əsas xidmətlər barədə çıxış etmişdir.

Tədbir boyunca iştirakçılar maraq doğuran nüanslar barədə öz suallarını vermişlər. Sonda  tədbir barədə ümumi müzakirələr aparılmış və tədbir yekunlaşmışdır.

Oxşar Yazılar

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

May 24, 2021
Dövlət Satınalmaları haqqında Qanun 2024

Dövlət Satınalmaları haqqında Qanun 2024

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsai...

Feb 07, 2024
Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Apr 30, 2021
Xəstəlik vərəqələrinin verilməsi ilə bağlı yenilik

Xəstəlik vərəqələrinin verilməsi ilə bağlı yenilik

Yeni dəyişikliklərlə,xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Azərbaycan...

May 07, 2024
Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. 12 avq...

Aug 15, 2024