Ələt Azad İqtisadi Zonası haqqında Qanun qüvvəyə minmişdir

4 iyun 2018-ci il tarixində "Ələt Azad İqtisadi Zonası haqqında" Azərbaycan Respublikası Qanunu (bundan sonra: Qanun) qüvvəyə minmişdir.

Qanuna əsasən, Ələt Azad İqtisadi Zonasında (bundan sonra: Azad Zona) Səlahiyyətli Qurum, inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentlər Azad Zonanın fəaliyyətinə aid bütün vergilərdən, həmçinin gömrük rüsumlarından azaddırlar. Azad Zona daxilində yaranan mübahisələr Azərbaycan Respublikası Məhkəmələri tərəfindən deyil, Azad Zonanın daxili qurumları tərəfindən həll ediləcək.

Lakin qeyd edilməlidir ki, Qanunun hüquqi şəxslərin Azad Zona ərazisində fəaliyyəti, lisenziyalaşdırma və icazə, vergi, gömrük, Azad Zona Səlahiyyətli Qurumunun Azad Zona ərazisində səlahiyyətləri, investorların hüquqlarının qorunması, mübahisələrin həlli qurumları ilə bağlı müddəaları Azad Zonanın Səlahiyyətli Qurumunu tərəfindən qəbul ediləcək daxili qaydalarla eyni gündə qüvvəyə minəcəkdir.

Ətraflı məlumat üçün baxın: https://www.president.az/articles/28946

Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmək, habelə ətraflı məlumat və məsləhət almaq üçün Caspian Legal Centerlə əlaqə saxlayın.

Oxşar Yazılar

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Nov 10, 2022
Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Dec 07, 2022
Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Jun 13, 2022