Avans ödənişlə alınmış malın idxalı müddəti artırıldı
Avans ödənişlə alınmış malın idxalı müddəti artırıldı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 08.03.2018-ci il tarixində qüvvəyə minmiş 4/1 nömrəli Qərarına əsasən, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda bir sıra dəyişikliklər edilmişdir.

Edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar aparıldıqdan 270 gün ərzində həmin malların idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməlidir. Qaydaların ilkin versiyasında isə müvafiq gömrük bəyannaməsi və ya sənədin təqdim edilməsi üçün nəzərdə tutulan müddət qabancadan ödənişin edilməsindən etibarən 180 gün ərzində idi.

Belə ki, dəyişiklik nəticəsində bu müddətin 90 gün ( 3 ay) uzadılması rezident və qeyri-rezidentləri praktiki olaraq qarşılaşdıqları malların və ya xidmətlərin gecikməsi səbəbindən inzibati məsuliyyətə cəlb edilmə riskini azaldır. Məsləhət görülür ki, malların və xidmətlərin satın alınması barədə müqavilə bağlayarkən bu müddət nəzərə alınsın.

Oxşar Yazılar

Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəl...

Nov 22, 2023
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə edilmiş son Dəyişikliklər 2020: əsas xülasəsi və müqayisəli şəkildə izahı

Dec 29, 2019
Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Sep 24, 2021
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

May 27, 2020