Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyünü şərh edib
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyünü şərh edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

 

Qərarə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər. 

 

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Oxşar Yazılar

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Sep 24, 2021
Məşğulluq sahəsində yeni nəzarət qaydaları

Məşğulluq sahəsində yeni nəzarət qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qayda...

Sep 13, 2019
Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

May 24, 2021
İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

Jun 27, 2022