2 mart 2018-ci ildə Bakıda "Caspian Event Organisers"in təşkilatçılığı ilə 1-ci Azərbaycan Beynəlxalq Françayzinq forumu keçirilmişdir. Forum françayzinq həyata keçirilə biləcək biznes sahiblərinin və françayz almaqda maraqlı şəxslərin bir araya gətirilməsinə yönlənmişdir. Forum françayzinq alanlar, françayzinq verənlər, eləcə də investisiyaçılar üçün uyğun bir platforma yaratmışdır.
Tədbirdə françayzinq ətrafında müzakirələr aparılmış, Azərbaycan Françayzinq Mərkəzi tərəfindən Azərbaycanda françayzinqin inkişafına təkan vermək üçün ideyalar və strategiyalar irəli sürülmüşdür.
"Caspian Legal Center"in partnyoru Cavid Yusifov və hüquq meneceri Orxan Beydiyev Forumda iştirak etmişdir. Orxan Beydiyev "Azərbaycan hüququnda françayzinq" mövzusunda təqdimatla çıxış edərək françayzinqin hüquqi aspektlərinə toxunmuş, françayzinq müqaviləsinin Azərbaycan Qanunvericiliyində tənzimi barədə iştirakçılara məlumat vermişdir.
Vergi Məcəlləsinə edilmiş son Dəyişikliklər 2020: əsas xülasəsi və müqayisəli şəkildə izahı
Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il tarixində qəbul edilmiş İşçilərin Ezamiyyə Qayd...
Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı