Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir
Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

 

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi və “Sosial Sığorta haqqında” Qanununa dəyişiklik edilmiş və texnologiyalar parkı rezidentləri üçün bir sıra güzəştlər və azadolmalar müəyyən edilmişdir.

 

Belə ki, Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətd onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.

 

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, texnologiyalar parkı rezidentləri üçün nəzərdə tutulmuş güzəşt və azadolmalar həm də texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə şamil olunacaq.

 

Belə ki, dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə fiziki gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisi, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə torpaq vergisi və dividend üçün ödəmə mənbəyində vergi ödəməkdən azaddır.

 

Həmçinin, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:

- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;

- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.

 

“Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə görə, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

 

Həmin Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən “Sosial Sığorta haqqında” Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

 

Dəyişikliklər 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir. 

Oxşar Yazılar

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Apr 12, 2023
Dövlət Satınalmaları haqqında Qanun 2024

Dövlət Satınalmaları haqqında Qanun 2024

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsai...

Feb 07, 2024
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Jan 31, 2022
Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020 tarixli qərarı ilə, “Azərbayca...

Feb 21, 2020