Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (International Bar Association) illik konfransı çərçivəsində Vergi Komitəsinin onlayn tədbiri keçirilmişdir.
Tədbirdə 2-ci paneldə ("MLI Konvensiyası və vergidən yayınma ilə mübarizə sahəsində ölkədaxili müddəalar") həm-məruzəçi qismində Komitənin Azərbaycandan olan üzvü qismində Caspian Legal Center hüquq şirkətinin İdarəedici Partnyoru Fərid Nəbili çıxış etmişdir. Onun məruzəsi MLI Konvensiyasına ( Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı vergi sazişləri ilə əlaqədar tədbirlərin icrası sahəsində çoxtərəfli konvensiya) qoşulmayan dövlətlərdə yerli vergidən yayınma sahəsində hüquqi doktrinalar, Əsas Məqsəd Testi (Principal Purpose Test) və Azərbaycan təcrübəsində vergidən yayınma ilə bağlı qanunvericilik və təcrübə ilə bağlı olmuşdur.
Tədbirdə iştirak edən Almaniya, Argentina, ABŞ və digər dövlətlərdən olan vergi hüququ mütəxəssisləri öz ölkələrində vergidən yayınma ilə bağlı hüquqi normalarının tətbiqi praktikası, habelə MLI Konvensiyasına qoşulduqdan sonra baş vermiş dəyişiklikləri müzakirə etmişlər.
Caspian Legal Center ITR İlin Vergi Şirkəti Mükafatları ilə təltif edildi
IFLR1000- Dünyanın aparıcı maliyyə və korporativ hüquq şirkətləri üzrə reytinq nəşri 2020-ci il ü...
“Caspian Legal Center” Chambers and Partners reytinqlərində
Caspian Legal Center məmnuniyyətlə bildirir ki, bu il də hər iki meyar üzrə (maliyyə və korporati...
Caspian Legal Center tanınmış beynəlxalq agentlik olan Legal 500 tərəfindən aparıcı hüquq şirkətl...