Vergi məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan mənbəyindən gəlirlərin siyahısına- güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər də əlavə edilmişdir.
2023-cu il 1 yanvardan etibarən vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.
Həmçinin, yeni ildən başlayaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə elektron qaimə-faktura göndərmək tələbi yoxdur.
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına təqdim etməlidir:
Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.
Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması dayandırılır.
Nəzarət kassa aparatının çeklərində nisyə alışlar zaman,ı dəyişikliklərə əsasən, aşağıdakı məlumatlar əlavə edilir:
Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi ilə bağlı müddəalara da həmçinin bəzi dəyişikliklər edilmişdir. Belə ki, müəssisənin güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçib-keçməməsi nəzərə alınmayacaq və müəssisə hansı ölkənin rezidenti olmasından aslı olmayaraq, vergitutma məqsədləri üçün Azərbaycan Respublikası rezidenti olmadığı halda onun mənfəəti qanunvericiliklə müəyyən olunmuş hallarda vergiyə cəlb olunacaqdır.
Bundan əlavə, nəzarət olunan xarici müəssisənin mənfəətinin vergiyə cəlb olunması üçün qoyulan, həmin müəssisə tərəfindən ödənilən faktiki mənfəət vergisinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödənilməli olan mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olması tələbi sərtləşdirilmişdir. Belə ki, artıq müəssiənin ödədiyi faktiki mənfəət vergisi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödəməli olduğu mənfəət vergisinin 75% və ya daha aşağı hissəsinə bərabər olduğu təqdirdə, nəzarət edilən müəssisənin mənfəəti Azərbaycan Respublikasında da vergiyə cəlb olunacaqdır.
Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat forması hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd edilir.
Hesab üzrə vergi orqanının sərəncamının göndəriləcəyi barədə qeyd olan hesab üzrə bank əməliyyatı aparan şəxslər tərəfindən həmin hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək sərəncamda göstərilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatlarının aparılması məhdudlaşdırılır. Bank əməliyyatlarını aparan şəxslər tərəfindən vergi orqanının sərəncamı daxil olanadək hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq olan pul vəsaiti olduğu halda həmin artıq pul vəsaitinin hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin hesaba vergi orqanının sərəncamı daxil olduqdan sonra hesab üzrə əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəliliyə riayət edilməklə icra edilir.
Vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Bank əməliyyatlarını aparan şəxslər hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.
2023-cü il 1 yanvardan etibarən, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.
- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə vergidən azad edilmişdir;
Əlavə olaraq, fiziki şəxslərin aşağıdakı gəlirləri müvafiq məbləğlər qədər vergi tutulmalı olan məbləğdən azaldılır:
- şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manatadək;
- yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək;
- Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50000 manatadək.”
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə;
- Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir