Nizamnamə kapitalının ödənilməməsinə görə cərimə
Nizamnamə kapitalının ödənilməməsinə görə cərimə

 

Nizamnamə kapitalının ödənilməməsinə görə cərimə

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişiklikdə Məcəlləyə nizamnamə kapitalının ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın müvafiq quruma verilməməsinə görə cərimələr nəzərdə tutulmuşdur.

Belə ki, Məcəllənin 405-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Həmin maddənin növbəti bəndinə görə isə məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsi vəzifəli şəxslərin beş yüz manat məbləğində, hüquqi şəxslərin isə min manat məbləğində cərimə edilməsi ilə nəticələnəcək.

 

Oxşar Yazılar

Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

Mar 17, 2021
Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Nov 10, 2022
Rəqabət qanunvericiliyi: Yeni Rəqabət Məcəlləsi 2024 qəbul edilib

Rəqabət qanunvericiliyi: Yeni Rəqabət Məcəlləsi 2024 qəbul edilib

2024-cü il yanvarın 23-də Azərbaycan Prezidenti Azərbaycan Respublikasının yeni Rəqabət Məcəlləsi...

Jan 28, 2024
Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Dec 07, 2022