Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı yeni qaydalar qəbul edilib (23 Noyabr 2024-cü ildə qüvvəyə minmişdir).
Bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.
İşçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. ilə əlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yemək xərcləri bu Qaydaya əsasən gəlirdən çıxılmır.
İşçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər aşağıdakı norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir:
Vergi ödəyicisinin işçilərlə bağlı yemək xərclərinin normaları daxilində çəkdiyi yemək xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılır:
Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik xərc norması, işçilərlə bağlı yemək xərclərinin normasına əlavə olunur.
Dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması tətbiq edildikdə işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması tətbiq edilmir.
İşçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
İşçilərlə bağlı çəkilmiş mənzil xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılan xərclərə aid edilir:
Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilməlidir.
Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı aşağıdakı xərclər aid edilir:
Nümayəndəlik xərclərinə əyləncənin, istirahətin təşkili, xəstəliklərin profilaktikası və ya müalicəsi xərcləri daxil deyildir.