Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı müddəalarına dəyişiklik edilmişdir
Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı müddəalarına dəyişiklik edilmişdir

28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Dəyişikliklər əsasilə Məhdud Məsuliyyətli Cəmiyyətlə (bundan sonra: MMC) bağlıdır. Belə ki, MMC ilə bağlı “xüsusi əhəmiyyətli əqd” kriteriyalarına dəyişiklik edilmişdir. MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir ki, belə əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir.

Həmçinin, dəyişikliklərə əsasən, MMC-nin ümumi yığıncağında payların 50%-dən artıq hissəsinə malik iştirakçılar iştirak edərsə ümumi yığıncaq səlahiyyətli hesab olunur. Yetərsay olmadıqda, gündəlik eyni saxlanılmaqla, ümumi yığıncaq yenidən çağırılır. Bu zaman 50% iştirak göstəricisi kifayət edir. Lakin bu zaman da yetərsay olmadıqda, yenidən ümumi yığıncaq təkrar çağırılır və bu zaman 25% iştirak göstəricisi kifayətdir.

Digər bir əlavə isə MMC-də payların satın alınması ilə bağlıdır. Belə ki, MMC-də payların 50 % və daha çoxunu satın almaq istəyən şəxs Cəmiyyətin bütün iştirakçılarına rəsmi təklif etməlidir.

Oxşar Yazılar

Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. 12 avq...

Aug 15, 2024
Məşğulluq sahəsində yeni nəzarət qaydaları

Məşğulluq sahəsində yeni nəzarət qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qayda...

Sep 13, 2019
Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

Jan 10, 2022