Azərbaycanda outsoursinq xidmətləri
Azərbaycanda outsoursinq xidmətləri

 

 

Azərbaycanda outsoursinq (işçilərin təqdim olunması) xidmətləri 

 

Beynəlxalq təcrübədə istifadə olunan işçi qüvvəsinin cəlb edilməsi (outsourcing), işçi qüvvəsinin verilməsi (outstaffing), göndərilməsi kimi bütün terminalogiyaya Azərbaycan Vergi Məcəlləsində "işçi qüvvəsinin təqdim olunması" kimi anlayış verilmişdir. Buna baxmayaraq, outsourcing və outstaffing xidmətlərinin nə Əmək Məcəlləsi, nə də Mülki Məcəllədə ətraflı tənzimlənməsi nəzərdə tutulmamışdır. Bunu nəzərə alaraq bildirmək olar ki, outsorsing və outstaffing xidmətləri Azərbaycan qanunvericiliyində ətraflı tənzimlənməyən sahələrdəndir.

 

Beynəlxalq təcrübə olaraq, Azərbaycanda bir sıra şirkətlər üstünlüklərini nəzərə alaraq işçilərin outsourcing-ini (outstaffing) istifadə edirlər. Buna işçi heyəti ilə bağlı məsələlərin müvəqqəti həlli kimi baxılmamalıdır, belə ki, Azərbaycanda bir sıra xarici təsisçili şirkətlər nəinki biznesin inkişafının ilkin mərhələlərində, hətta fəaliyyətini geni.ləndirdiyi və davam etdirdiyi dövrlərdə də, outsourcing xidmətlərindən uzun müddətdir ki yararlanırlar.

 

Azərbaycanda "outsource" (outsoursinq) xidmətlərdən istifadə etməyin üstünlüklərini barədə məlumatı təqdim edirik:

 

-  Yerli və ya xarici işçiləri işə cəlb etmək üçün sahibkarın Azərbaycanda hüquqi şəxsi (filial, nümayəndəliyi və ya təsisçisi olduğu hüquqi şəxsi) olmalıdır. Odur ki, gələcək barədə çoxlu suallar olduğu bir vaxtda,  fəaliyyətinin ilk dövrlərində yalnız bir işçinin işə götürülməsi üçün şirkətin təsis edilməsi məqsədə müvafiq olmaya bilər. Əgər uğursuz olarsa, şirkətin yaradılması, saxlanılması, ən sonda ləğvi müəyyən məsrəflər və vaxt tələb etmiş olacaqdır. Outsource zamanı isə sahibkar Azərbaycanda yalnız işçinin əmək haqqı və outsoursing xidmətləri üzrə xərcləri çəkmiş olacaqdır.

 

- Bu sahibkarlıq qərarlarının verilməsi üçün çeviklik təmin edəcək və işçinin işə götürülməsi ilə bağlı qaydalara əməl edilməsi, vergilərin verilməsi, əmək haqqı hesablanması üzrə bütün sualları aradan götürmüş olacaqdır.

 

- Azərbaycan Vergi Məcəlləsinə əsasən, outsourcing xidmətlərinin alıcısı xarici şəxsdirsə (qeyri-rezident fiziki şəxs və ya xarici şirkət) o zaman bu cür xidmətlər ƏDV-dən azaddır.

 

- Hüquq və vergi xidmətlərinin göstərilməsi, vergi hesabatlarının, müqavilə və əmək məsələlərinin, digər uyğunluq məsələlərinim həlli üçün şirkətdaxili mühasibin və hüquqşünasın saxlanılması xərclərini aradan qaldırır.

 

- Əmək və vergi qanunvericiliyinin, əmək münasibətlərdən irəli gələn istənilən qaydaların pozulması ilə bağlı bütün risklər outsourcing xidməti göstərən şirkətə keçmiş olacaqdır.

 

- Xarici şəxslərin işə cəlb edilməsi ilə bağlı hallarda, iş icazələrinin alınması və yenilənməsi, miqrasiya qanunvericiliyinə əməl edilməsi Azərbaycanda oursource xidmətlərini göstərən şirkət tərəfindən təmin olunur.

 

Nəzərə alınmalıdır ki, bu cür işə cəlb etmə üsulu yerli müqavilə hüququ üzrə qanunvericilik biliklərinin və təcrübənin olmasını tələb edir. Oursourcing xidmətlərinə dair müqavilə qarşılıqlı şərtlərin və məsələlərin tənzimlənməsi üçün hüquqşünas təhlilini tələb edir. Eyni zamanda, həm oursoursig xidmətlərini təqdim edən şirkətin, həm də müştərinin vergi auditi zamanı Azərbaycanda işlərin görülməsi halının olmasına baxmayaraq işçilələrlə əmək müqaviləsinin olmamasının və biznes modelinin izah edilməsi üçün hüquqi dəstəyə ehtiyac ola bilər. Bu şirkətdə əmək müqaviləsi olmadan işləmək təəssüratı yaratmamalıdır, hansı ki qanunvericiliyə əsasən qadağan olunur və ciddi şəkildə cəzalandırılır.

 

Pəşakar hüquqşünaslar, mühasiblər və vergi məsləhətçiləri ilə biz Azərbaycanda tam outsoursing və outstaffing xidmətləri üzrə istər biznesin ilkin mərhələlərində, istərsə də əməkdaşlığın istənilən mərhələlərində məsləhətlər veririk. Biz vergi optimallaşdırılmaları yolları ilə Azərbaycanda outsoursinq xidmətləri üzrə münasib xidmət haqqı məbləğlərində xidmətlər təqdim edirik. Daha ətraflı məlumat və suallar üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik.