Mühasibat uçotunun düzgün və mütəmadi təşkili hər bir şirkətin diqqət verməli olduğu məqamlardandır. Hər bir hüquqi şəxsin mühasibat uçotu qanunvericilikdəki tələblərə uyğun şəkildə qurulmalıdır. Bu tələb həm kommersiya qurumlarına, həm də qeyri-kommersiya qurumlarına aiddir.
Qanunvericiliyə əsasən, mühasibat uçotu xidmətlərini hər bir şirkət daxili resursları hesabına (öz mühasib və mütəxəssisləri vasitəsilə) təşkil edə və ya kənar şirkətləri bu işə cəlb edə bilər. Belə bir imkan sayəsində Azərbaycanda, xüsusilə Bakıda mühasibatlıq şirkətləri bir çox sahədə fəaliyyət göstərirlər.
Azərbaycanda baş verən vergi islahatları və gəlirlərin şəfafflaşdırılması tələbləri mühasibat uçotunun qurulması, “ağ mühasibatlığ”a keçidi zəruri edir. Bir çox hallarda şirkətlər peşəkar vergi və mühasibatlıq xidməti dəstəyi olmadan bunu etdikləri halda vergi riskləri daşımaqla bərabər, artıq vergi ödəmələrinə də yol verirlər. Mühasibat işinin təşkili, xüsusilə şəffaflaşdırılması xüsusi plan əsasında vergi, mühasibatlıq və hüquq mütəxəssislərinin birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Məsələn, vergi uçotunda olmayan və uzun müddət istifadədə olan əsas vəsaitlər (məsələn binalar) və ya avadanlıqlar az xərclə balansa alınmalı və uçotda əks etdirilməlidir. Bu isə komanda işi tələb edir. Və ya şirkətin sənədləşdirilməmiş xərcləri sənədləşdirildikdə əlavə hüquqi risklər və artıq vergi ödəmələri yaranmaması üçün peşəkar mütəxəssis komandası ciddi analiz və planlama həyata keçirməlidir.
Azərbaycanın mühasibat uçotu sistemi MHBS ((IFRS) standartlarının tətbiqinə imkan verir. Mühasibat uçotu standartları ilə vergi standartları arasında uyğunsuzluq olduğu hallarda, vergi öhdəliklərinin hesablanması məqsədilə vergi standartlarına üstünlük verilir.
Mühasibat uçotu haqqında qanuna əsasən, Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir.
Beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc olunduğu gündən tətbiq edilir. Beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi müvafiq Milli Mühasibat Uçotu Standartlarını və uçot qaydalarını ləğv edir.
Beynəlxalq standartlarla ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş beynəlxalq standartlar arasında ziddiyyət yarandığı halda, ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş standartlar əsas götürülür.
Qeyd edildiyi kimi, mühasibatlıq xidməti daxili resurlar (şirkətin mühasib işçiləri) hesabına və ya kənar şirkət vasitəsilə göstərilə bilər. Azərbaycanda, o cümlədən Bakıda mühasibatlıq xidmətləri təklif edən kifayət qədər sayda mühasib və mühasibatlıq şirkətləri (maliyyə-mühasibatlıq firmaları) mövcuddur. Belə olan təqdirdə, mühasibatlıq xidmətinin təşkili üçün cəlb ediləcək şirkətin seçilməsi meyarı ən zəruri məqamlardan olur.
Mühasibatlıq xidmətlərinin hansı formada seçimi şirkətin daxili resurslarının mövcudluğu və peşəkarlığından asılı olacaqdır. Kənar mühasibatlıq xidməti və ya mühasibatlıq şirkətinin cəlb edilməsi, peşəkar xidmət almaq imkanı ilə yanaşı belə şirkət üçün məsuliyyət də müəyyən edir. Yəni, mühasibatlıq və ya vergi pozuntuları olduqda işçini maddi məsuliyyətə cəlb etmək çox çətin (praktikada qeyri-mümkün) olur, amma mühasibatlıq xidmətləri göstərən şirkət müqavilə şərtlərinə əsasən göstərdiyi xidmətin qüsurlarına görə məsuliyyət daşımalı olur.
Mühasibatlıq şirkətlərinin seçilməsi zamanı aşağıdakılara diqqət yetirilməlidir:
Qeyd: Son yenilənmə Yanvar 2025.
CLC Peşəkar Mühasib Sertifikatlı və təcrübəli mühasibləri ilə mühasibatlıq və vergi işinin təşkili xidməti təklif edən, xarici reytinqlərə daxil edilmiş (World Tax, World TP), mühasibatlıq şirkətlərindən biri kimi mühasibat uçotunun qurulması, tam mühasibatlıq və vergi xidmətləri təklif edir. CLC Bakıda mühasibatlıq xidmətləri göstərən bir çox şirkətdən fərqli olaraq, mühasibatlıq işini vergi tənzimləməsi çərçivəsində görür və hər zaman vergi hüququ məsləhətləri ilə, habelə digər zəruri hüquqi risklərlə birlikdə uğurla təşkil edir. Mühasiblərdən əlavə, vergi hüquqşünaslarından ibarət olan peşəkar komandaya malik CLC “ağ mühasibatlığ”a keçidi tam planlı və peşəkar şəkildə, vergilərin optimal ödənilməsi, minimal xərc və hüquqi problemlərdən azad şəkildə təşkil edir.
Suallar barədə bizimlə əlaqə saxlayın:
Email: [email protected] və ya [email protected]; tel: 00994 50 289 89 73