Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər
Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər

Bəzi sahibkarlar dövlət torpaqları üçün icarə haqqından azad edildilər

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 280 saylı Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar dövlət və bələdiyyə torpaqları üçün icarə haqqından 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək azad edilirlər.

 

Belə ki, Qərara əsasən:

 

1..“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.

 

2. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarına qeyd edilən dəyişiklik edilmişdir: “paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.”

 

3. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” barədə Nazirlər Kabinetinin Qərarına edilmiş dəyişikliyə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.

 

Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ediləcəkdir.

 

Oxşar Yazılar

Azərbaycanda outsoursinq xidmətləri

Azərbaycanda outsoursinq xidmətləri

Biz vergi optimallaşdırılmaları yolları ilə Azərbaycanda outsoursing xidmətləri üzrə münasib xidm...

Jan 28, 2020
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə edilmiş son Dəyişikliklər 2020: əsas xülasəsi və müqayisəli şəkildə izahı

Dec 29, 2019
Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Enerji effektivliyi sahəsində inzibati xətalar müəyyən edilmişdir

Dec 09, 2022
Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020 tarixli qərarı ilə, “Azərbayca...

Feb 21, 2020
COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

Jul 09, 2020