8 avqust 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı (bundan sonra Qaydalar”) təsdiq etmişdir.
Qaydalarda pandemiya dövründə mehmanxanaların (otellərin) fəaliyyətinə dair çoxsaylı sayda tələblər və standartlar müəyyən edilmişdir, hansı ki, indiyədək bu sahədə qaydalar mövcud deyildi və tələblərin müəyyən edilməsi mehmanxanaların öz öhdəsinə buraxılmışdı.
Qaydaların tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team- RRT) yaradılması nəzərdə tutulur. RRT, Qaydaları tətbiq etmək və infeksiyanın yayılmasını minimuma endirmək üçün lazımi addımları atmaq üçün məsuldur. Kiçik mehmanxanaların isə RRT əvəzinə koordinator təyin etməsi tələb olunur.
Qaydaları tətbiq etmək üçün mehmanxanalar Tədbirlər Planı qəbul etməlidirlər ki, Tədbirlər Planının icrasına nəzarət RRT tərəfindən həyata keçiriləcəkdir.
Qaydalarda bu daxili korporativ tələblərlə yanaşı, aşağıdakı istiqamətlər üzrə ətraflı qaydalar və prosedurlar müəyyən edilir:
- İşçilər (işçilər üçün tətbiq olunan gündəlik gigiyena qaydaları, növbəli iş rejimi, yeni işçilərin işə götürülməsi, həftədə bir dəfə müntəzəm COVID-19 testi və s.);
- Təlim və maarifləndirmə (işçilər üçün təlim, COVID -19 haqqında tam məlumatı əhatə edən metodik bukletlər, qonaqlara məlumat vermək və s.);
- İşçilər və qonaqlar üçün gigiyena qaydaları;
- Mehmanxanada təmizlik və dezinfeksiya tədbirləri (hər 4 saatda bir dəfə təmizləmək, cihaz və avadanlıqları dezinfeksiya etmək və s.);
- Tullantıların idarə edilməsi;
- Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri (xüsusi karantin otaqlarının ayrılması, əlaqə qaydaları, təmizliyə dair texniki və kimyəvi tələblər);
- Texniki xidmətlər (mətbəx avadanlığı, camaşırxana və s. kimi oteldaxili xidmətlər);
- Mehmanxana daxilində hər sahə üçün xüsusi qaydalar (qəbul / qeydiyyat, otaqlar, mətbəx, ümumi istifadədə olan ərazilər, lobbi, əyləncə, liftlər, restoran/ kafelər, otaq xidməti, idman / fitness, hovuzlar / çimərliklər, spa/ sauna);
- Malların çatdırılması və çıxarılması (təchizat zənciri, anbar, nəqliyyat və s.).
Yoxlamalar aparıldıqdan sonar Qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcəkdir.
Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar tənzimetmələr və biznes standartları ilə əlaqədar bizimlə qeyd edilən əlaqə vasitələrlə əlaqə saxlaya bilərsiniz: [email protected]; 0099450 289 89 73