Məlum olduğu kimi, Azərbaycan Respublikasının bəzi bölgələrində 2017-ci ildən etibarən pilot layihə olaraq icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılmış və mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunanaraq prosesin 2020-ci ildə yekunlaşdırılması planlaşdırılmışdır. Lakin yaxın günlərdə qanunvericiliyə edilmiş müvafiq dəyişikliyə əsasən icbari tibbi sığortanın tətbiqinin ölkə ərazisində 2021-ci ildə yekunlaşdırılması müəyyən edilmişdir.
Dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta sistemi işəgötürənlərin (sahibkarların), fərdi sahibkarların, muzdla işləyən fəxslərin üzərinə sığorta haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi ilə bağlı müəyyən öhdəliklər müəyyənləşdirmişdir.
Qanunvericiliyə əsasən muzdla işləyən işçilər və onların işəgötürənlərinə münasibətdə icbari tibbi sığorta haqlarının ödənilməsinə dair müddəaların 2020-ci ilin aprel ayının 1-dən etibarən tətbiq olunması planlaşdırılsa da, yeni dəyşikliklərə əsasən bu müddət 2021-ci ilin 1 aprel tarixinədək uzadılmışdır. Belə ki, son dəyişikliyə əsasən sahibkarlar tərəfindən icbari tibbi sığorta haqları 2021-ci ilin 1 aprel tarixindən etibarən hesablanmalı və ödənilməlidir.
Ödənilməli olan icbari tibbi sığorta haqları aşağıdakı kimi müəyyən olunmuşdur:
Nəzərə alınmalıdır ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə muzdla işləyən işçilərə münasibətdə əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu güzəşt müddəti qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən 1 yanvar 2022-ci ilədək uzadılmışdır. Belə ki, qeyd olunan tarixədək işəgötürənlər tərəfindən 8000 manatadək əmək haqqı üzrə icbari tibbi sığorta haqqı 2 faiz deyil, 1 faiz məbləğində hesablanacaqdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və minimum əmək haqqının 4% məbləğində tibbi sığorta haqqı ödəyirlər;
mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində tibbi sığorta haqqı ödəyirlər.
Yuxarıda qeyd olunan şəxslərdən başqa digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər və son qanunvericiliyə dəyişiklərə əsasən 2024-cü ilin 1 yanvar tarixindən təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 %-i miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.
Eyni zamanda, nəzərə alınmalıdır ki, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (yuxarıda qeyd olunmuş subyektlər kateqoriyasına daxil olunduğu hallar istisna olmaqla) şamil edilmir.
İcbari tibbi sığorta ilə bağlı ödənişlərə və hesabatların təqdim olunmasına gəlincə isə nəzərə alınmalıdır ki, bunlar məcburi dövlət sosial sığorta haqqlarında olduğu kimi aylıq olaraq ödəniləcək və Vergilər Nazirliyinin BTP proqram təminatına əlavə olunacaq bəyannamələr əsasında rüblük hesabatlar təqdim olunacaqdır.
İcbari tibbi sığorta qanunvericiliyinin tətbiqi, eləcə də məcburi sosial sığorta ödənişləri, vergi tənzimləmələri ilə bağlı suallarınız olarsa aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlamağınız xahiş olunur.