CLC hüquq dəstəyi ilə hazırlanmış enerji nəzarəti qaydaları təsdiqlənmişdir
CLC hüquq dəstəyi ilə hazırlanmış enerji nəzarəti qaydaları təsdiqlənmişdir

CLC hüquq dəstəyi ilə hazırlanmış enerji nəzarəti qaydaları təsdiqlənmişdir

 

Böyük məmnunluq hissi ilə bildiririk ki, hazırlanmasında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və CLC hüquq komandasının iştirak etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti” Qaydaları Azərbaycan Respublikasının Prezidentinin 17 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir.

 

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi əsasən iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini gücləndirmək məqsədilə qlobal ortalama temperatur artımının sənayeləşmə dövrünə qədərki səviyyədən 2°C-dən xeyli aşağı saxlanılması və temperatur artımının 1.5°C-dək məhdudlaşdırılması kimi məqsədlər müəyyən etmişdir. 

 

2016-cı ildə Azərbaycan Respublikasının müvafiq Qanunu ilə Paris Sazişinin təsdiq edilməsi və BMT-nin Davamlı İnkişaf Məqsədlərindən irəli gələrək, Azərbaycan Respublikası 1990-cu il ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması barədə könüllü öhdəlik götürmüşdür. Həmin öhdəlikdən və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli, 1433 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasınından irəli gələrək, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi” Qaydası (bundan sonra “Qaydalar”) qəbul edilmişdir.

 

Qaydalar enerji effektivliyi sahəsində nəzarət istiqamətləri və bu sahədə məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlərin monitorinqinin xüsusiyyətlərini müəyyən edir. Qaydalarla bu link vasitəsi ilə tanış ola bilərsiniz.

 

Əməkdaşlıq üçün Azərbaycan Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə minnətdarlığımızı bildiririk.

 

Hər hansı suallarınız olarsa bizimlə aşağıdakılar vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:

[email protected][email protected]+994502898973.