Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir
Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

 

 

Azərbaycan valyuta rejimi qaydaları sadələşdirilmişdir

 

Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020 tarixli qərarı ilə, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na mühüm dəyişikliklər edilmişdir.

 

Belə ki, valyuda rejimi ilə bağlı qeyd edilən qaydalara edilmiş dəyişikliklərə əsasən, avans qaydasında öncədən ödəniş əsasında malların Azərbaycana idxalı müddətinə dair tələb 2 ilədək uzadılmışdır, yəni malların idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim olunması üçün müəyyən olunmuş mövcud 270 (iki yüz yetmiş) gün 2 (iki) il ilə əvəz edilmişdir.  

 

Valyuta rejimi ilə bağlı qaydalara edilmiş digər dəyişikliyə əsasən, ödənilmiş avansa uyğun olaraq mallar idxal olunmadığı və ya xidmətlər əldə edilmədiyi halda, belə malın (xidmətin) dəyəri 10 000 ABŞ dolları məbləğindən artıq olmadıqda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi ləğv edilmişdir.  

 

Bu dəyişikliklər xarici valyuta rejimi ilə bağlı qaydaları sadələşdirir, beləliklə malların idxalçılarına daha liberal rejim təklif edir.

 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarına edilmiş dəyişikliklər Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların dövlət reyestrində qeydiyyata alındıqdan sonra qüvvəyə minəcəkdir.

 

 

Azərbaycanda valyuta rejimi qaydaları, habelə idxal-ixrac tənzimləmələri ilə bağlı suallarınız varsa, bizimlə əlaqə saxlayın.