22 may 2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “KOB klaster şirkəti”nin meyarlarının təsdiq edilməsi barədə qərarı qüvvəyə minmişdir. Qərara əsasən, vergi ödəyiciləri “KOB klaster şirkəti” kimi çıxış etmək üçün aşağıdakı meyarlara cavab verməlidirlər:
Qərarda müəyyən edilmişdir ki, “KOB klaster şirkəti”nin fəaliyyəti Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50 faizdən çox hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması, qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və sair) göstərilməsi istiqamətlərindən birinə aid olmalıdır.
Həmçinin, qərarda “KOB klaster şirkəti”nə aid bir sıra tələblər müəyyən edilmişdir. Belə ki:
“KOB klaster şirkəti”nin qeyd edilən meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.
Qeyd edək ki, “KOB Klaster şirkəti” üçün qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, “KOB Klaster şirkəti” KOB Klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il ərzində mənfəət vergisindən, müvafiq təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV, KOB Klaster fəaliyyətində istifadə olunan əmlak üçün əmlak vergisindən və torpaq üçün torpaq vergisindən azad edilmişdir. Həmçinin, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi mənfəət vergisindən, KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi isə gəlir vergisindən eyni müddətə azaddır.