Ezamiyyə xərclərinin normaları dəyişdirilmişdir
Ezamiyyə xərclərinin normaları dəyişdirilmişdir

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişikliklər

 

5 aprel 2024 tarixində edilmiş dəyişikliklərə əsasən respublika daxilinə və xaricə edilə nexam normaları yeni məbləğlərdə verilmişdir.

Bu dəyişikliklərə əsasən, respublika daxili normalar aşağıdakı kimi müəyyən edilmişdir:

Bakı

125 AZN

Naxçıvan

100 AZN

Gəncə və Sumqayıt

95 AZN

Digər şəhər, rayon mərkəzləri, şəhər tipli qəsəbə və kəndlərdə

90 AZN

 

 

Daxili ezamiyyələrdə mehmanxana xərcləri mnüəyyən edilmiş 1 günlük normanın 70 faizini təşkil edəcək.

Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.

 

Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün  əlavə ödənilən vəsait 15 manatdan 20 manata qaldırılmışdır.

 

Əlavə olaraq, xarici ölkələrə üzamiyyə xərclərinin yeni normaları da ayrıca sənəd kimi aşağıda qeyd olunmuşdur:

 

Qeyd: Bu qaydalar 05 aprel 2024 tarixində qüvvəyə minir.