Gömrük yığımlarının məbləğləri artırılmışdır
Gömrük yığımlarının məbləğləri artırılmışdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli qərarı ilə gömrük yığımlarının məbləğlərində dəyişiklik edilmişdir. Qərara əsasən, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği artırılmışdır.

Dəyişikliklərə görə, gömrük dəyəri 1000 manatadək olan mallar üçün 15 manat, gömrük dəyəri 1000-10000 manat aralığında olan mallar üçün 60 manat, 10000-50000 manat aralığında mallar üçün 120 manat, 50000-100000 manat aralığında mallar üçünsə 200 manat məbləğində gömrük yığımı alınacaqdır. Əgər dəyişikliklərə qədər gömrük dəyəri 100000 manatdan yuxarı mallar üçün eyni məbləğdə gömrük yığımı alınırdısa, hazırda dəyəri 100000 manatdan yuxarı mallar da kateqoriyalara bölünmüşdür. Belə ki, gömrük dəyəri 100000-500000 manat aralığında mallar üçün 300 manat, 500000-1000000 manat aralığında mallar üçün 600 manat, gömrük dəyəri 1000000 manatdan yuxarı mallar üçünsə 1000 manat məbləğində gömrük yığımı alınacaqdır.

Bundan əlavə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımları yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat, digər nəqliyyat vasitələri üçünsə 25 manat məbləğində müəyyən edilmişdir. Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımı da artırılaraq hər 24 saat üçün 10 manat məbləğində müəyyən edilmişdir.

Dəyişikliklər 5 sentyabr 2018-ci il tarixində qüvvəyə minmişdir.

Oxşar Yazılar

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Apr 12, 2023
Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Sep 24, 2021
Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Nov 10, 2022
Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəl...

Nov 22, 2023