Konstitusiya Məhkəməsi zaminlik və ipoteka müqavilələri barədə
Konstitusiya Məhkəməsi zaminlik və ipoteka müqavilələri barədə

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 25 iyul 2019-cu ildə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”qərar ( bundan sonra: Qərar) qəbul etmişdir. Qərarda Konstitusiya Məhkəməsi zaminlik və kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqavilələrinin zəruri şərtlərində dəyişiklik olduqda müqavilənin etibarlılığı məsələlərinə dair mövqeyini bildirmişdir.

Qərara əsasən, zaminlik müqaviləsində zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişiklik zaminin vəziyyətinin ağırlaşmasına səbəb olduqda, zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Qərarda praktikada mübahisəli məsələ olan zaminliyə qismən və ya bütövlükdə xitam verilməsi ilə bağlı bildirmişdir ki, bu zaman zaminliyə qismən yox, bütövlükdə xitam verilir. Buna əsas kimi Mülki Məcəllədə zaminliyə qismən xitam verilməsinin nəzərdə tutulmaması göstərilmişdir. Qeyd edək ki, zaminliyə qismən xitam verilməsi dedikdə, zaminin dəyişiklik nəticəsində yaranmış öhdəlik həcmində yox, imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşıması nəzərdə tutulur.

Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin göstərilməməsi və sonradan bu cür şərtlər müəyyən edilərkən ipoteka qoyanın razılığının alınmaması halında isə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi zaminlikdən fərqli olaraq, ipoteka müqaviləsinin xitamı deyil, ümumiyyətlə, bağlanmamış hesab edilməsi yönündədir. Belə ki, qanunvericiliyə əsasən, ipoteka qoyanın razılığı olmadan öhdəliyin dəyişdirilməsi ipoteka müqaviləsinin xitamı üçün əsas deyil. Lakin tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.  Bu səbəbdən, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməməsi müqavilənin bağlanmamış hesab edilməsinə səbəb olur. Qeyd edək ki, ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

Oxşar Yazılar

Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Yayımlarına töhfəmiz

Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Yayımlarına töhfəmiz

Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Yayımlarına töhfəmiz

Oct 24, 2019
Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Azərbaycan üzrə İllik Beynəlxalq Vergi Hesabatı

Nov 10, 2022
ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK

ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK

ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK

Feb 10, 2023
Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur

Dec 07, 2022