Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları
Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları

           25 iyun 2019-cu ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” (bundan sonra: Qaydalar) qüvvəyə minmişdir. Qaydalara əsasən, bank hesabının açılması və bağlanması ilə bağlı prosedur, habelə tələb olunan sənədlər, imza və möhür nümunələri vərəqəsinə dair tələblər müəyyən edilmişdir.

            Qaydalarda müəyyən edilmişdir ki, banklar bank hesablarının açılması, aparılması və bağlanması məqsədilə “Öz müştərini tanı” prinsiplərinə uyğun daxili qaydalara malik olmalıdır. Daxili qaydalar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qaydaların, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanmalıdır.

            Qeyd edilməlidir ki, qaydalara görə, bank hesablarının məsafədən açılması proseduru müəyyən edilmişdir. Belə ki, bu zaman  gücləndirilmiş elektron imza və video görüntü, habelə müştərinin statusundan asılı olaraq (fiziki/hüquqi şəxs, rezident/ qeyri-rezident) Qaydalara 1 saylı Əlavədə müəyyən edilən spesifik sənədlər və məlumatlar tələb edilir.

Oxşar Yazılar

Malların texniki təhlükəsizliyi ilə bağlı tənzimləmə qəbul edilmişdir

Malların texniki təhlükəsizliyi ilə bağlı tənzimləmə qəbul edilmişdir

26 noyabr 2019-cu ildə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan so...

Dec 06, 2019
Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Jan 09, 2023
COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

Oct 11, 2024