Azərbaycan Respublikası tərəfindən  apostilin verilməsi qaydaları
Azərbaycan Respublikası tərəfindən  apostilin verilməsi qaydaları

 

27 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları (bundan sonra: Qaydalar) təsdiq edilmişdir. Qaydalara əsasən, aşağıdakı sənədlər istisna olmaqla , digər rəsmi sənədlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən apostil verilir:

  1. Azərbaycan Respublikası məhkəmələrinin, prokurorluq və ədliyyə orqanlarının rəsmiləşdirdiyi sənədlər, Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlər, Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmiləşdirilmiş vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər (qeyd edilən sənədlərə apostil Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir)
  2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən icra edilən sənədlər, kommersiya və gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlər istisna olmaqla (qeyd edilən sənədlərə apostil verilmir)

Apostilin verilməsi üçün fiziki şəxslərə məxsus rəsmi sənədlər həmin sənədi imzalamış və ya sənədin məxsus olduğu şəxsin, o cümlədən bu şəxsin yaxın qohumlarının (ər, arvad, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, qardaş və bacılar) və ya adına etibarnamə verilmiş şəxsin müraciəti əsasında qəbul olunur. Qaydalara əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə ziddiyyət təşkil edən, eləcə də məzmununa görə Azərbaycan Respublikasının mənafeyinə, Azərbaycan Respublikası vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirən sənədlərə apostil verilmir.

Oxşar Yazılar

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Texnologiyalar parkı rezidentləri üçün əlavə güzəştlər müəyyən edilmişdir

Jan 09, 2023
COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

Jul 09, 2020
Rəqabət qanunvericiliyi: Yeni Rəqabət Məcəlləsi 2024 qəbul edilib

Rəqabət qanunvericiliyi: Yeni Rəqabət Məcəlləsi 2024 qəbul edilib

2024-cü il yanvarın 23-də Azərbaycan Prezidenti Azərbaycan Respublikasının yeni Rəqabət Məcəlləsi...

Jan 28, 2024
İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər edilmişdir

İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər edilmişdir

Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il tarixində qəbul edilmiş İşçilərin Ezamiyyə Qayd...

Oct 24, 2024