Azərbaycanda gömrük rüsumları azaldıldı
Azərbaycanda gömrük rüsumları azaldıldı

Azərbaycanda gömrük rüsumları azaldıldı

Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarına əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük  rüsumlarının  dərəcələri  və  ixrac  gömrük  rüsumlarının dərəcələri”ndə bir sıra dəyişikliklər edilmişdir. Qərar 18 yanvar 2020-ci il tarixində qüvvəyə minəcəkdir.

Aşağıda göstərilən alt yarımmövqelərinə  aid  mallara şamil edilən gömrük  rüsumu 15 faizdən 0 faizə endirilmişdir:

1.  3206.11.000.0  Tərkibində quru maddəyə görə hesablamada 80 kütlə % və ya daha çox titan dioksidi olan titan dioksid əsasında hazırlanan piqmentlər və preparatlar; 

2.  3402.11.900.0  pərakəndə satış üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış üzvi səthi-aktiv Anionlu (tərkibində 30%-i və ya daha çox, lakin 50 külə %-dən çox olmayan alkil oksid (benzolsulfonat) dinatrium olan sulu məhululu olanlar istisna olmaqla digər katiqoriyalara aid olan);

3.  3901.10.100.0  Plastmassa,  İlkin formalarda xüsusi çəkisi 0,94-dən az olan xətti polietilen; 

4.  3920.43.100.0 tərkibində plastifikatorlar 6 kütlə%-dan az olmayan: qalınlığı 1 mm-dən çox olmayan vinilxlorid polimerlərindən hazırlanmış mallar (plastmassa plitə, təbəqə, plyonka vəs);

5.  4804.51.000.0  Digər kraft-kağız və kraft-karton, 1 m2 kütləsi 150 q-dan çox, lakin 225 q-dan az olan -  ağardılmamış;

6.  5307.10.000.0   Təksaplı tekstil floema liflərindən iplik;

7.  5402.53.000.0   Eşməsi 50 eşmə/m-dən çox olan digər təkqat saplar: Polipropilen;

8.  5402.62.000.0   Digər çoxeşməli (burma) və ya bireşməli saplar: Poliefir.

Yuxarıda qeyd edilən tariflər 2 il müddətinə qüvvədə qalacaqdır.

Aşağıda göstərilən alt  yarımmövqelərinə  aid  malların  “Tarif  dərəcəsi  sütununda “0 (1000 kq 5 ABŞ dolları*)” sözləri “0” rəqəmi ilə əvəz ediləcək. Yəni bu alt qurupa aid olan mallar da 0 dərəcə ilə hesablanacaqdır:

1.  7202.11.200.0   Ferroərintilər:  ferromanqan 5 mm-dən böyük olmayan qranullar formasında və tərkibində 65 kütlə %-dən çox manqan olanlar;

2.  7202.11.800.0   Ferroərintilər:  ferromanqan digər kateqoriyasına aid olanlar;

3.  7202.19.000.0   Ferroərintilər:  ferromanqan digər kateqoriyasına aid olanlar;

4.  7202.21.000.0   Ferrosilisium: tərkibində 55 kütlə %-dən çox silisium olan;

5.  7202.29.100.0   Ferrosilisium:  tərkibində maqneziumun miqdarı 4 kütlə % və ya daha çox, lakin 10 kütlə %-dən çox olmayan;

6.  7202.29.900.0    Ferrosilisium:   digər kateqoriyasına aid olan;

7.  7202.30.000.0    Ferrosilisium:  Ferrosilisiummanqan;

8.  7202.41.100.0    Ferroxrom tərkibində karbonun miqdarı 4 kütlə %-dən çox, lakin 6 kütlə %-dən çox olmayan;

9.  7202.41.900.0    Ferroxrom tərkibində 6 kütlə %-dən çox karbon olan;

10. 7202.49.100.0   Digər kateqoriyasına aid olan tərkibində 0,05 kütlə %-dən çox karbon olmayan;

11.  7202.49.500.0   Digər kateqoriyasına aid olan tərkibində karbonun miqdarı 0,05 kütlə %-dən çox, lakin 0,5 kütlə %- dən çox olmayan;

12.  7202.49.900.0   Digər kateqoriyasına aid olan tərkibində karbonun miqdarı 0,5 kütlə %-dən çox, lakin 4 kütlə %-dən çox olmayan.

 

Gömrük qanunvericiliyi ilə bağlı suallarınız varsa, bizimlə əlaqə saxlayın. 

Oxşar Yazılar

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Jan 23, 2023
Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Jan 04, 2024
Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Oct 28, 2022
Ödəmə mənbəyində tutulan vergilər | Dərəcələri və Qaytarılması

Ödəmə mənbəyində tutulan vergilər | Dərəcələri və Qaytarılması

Ödəmə mənbəyində tutulan vergilər - ÖMV tutulma qaydası

Mar 09, 2020
Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

1 Noyabr 2023-cü il tarixdən qüvvəyə minmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ti...

Dec 12, 2023