Müşfiq Rzazadə, CLC-də mühasib köməkçisi kimi çalışan gənc mütəxəssisdir. Bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. Şirkətimizdə iş həyatına başlamazdan əvvəl müxtəlif sənaye sahələrində mühasib köməkçisi olaraq təcrübə qazanmışdır. Müşfiq, mühasibat uçotu, vergi və maliyyə sahəsində biliklərini artırmaq məqsədilə müxtəlif kurslarda iştirak edir. Eyni zamanda, 2019-cu ildə Hüquq, İqtisadiyyat və İdarəetmə üzrə Beynəlxalq ICLEL Konfransıda “Azərbaycanın Maliyyə Bazarlarında Qiymət əmələgəlmə Problemləri” adlı məqaləsi dərc olunmuşdur. Müşfiq, mühasibat sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməyə davam edərək, professional inkişafını hədəfləyir.
Müşfiq Rzazadə
CLC-də mühasib köməkçisi kimi çalışan gənc mütəxəssisdir. Bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.