Azərbaycanda Vergi Rezidentliyi Sertifikatının alınması 12 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş "İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları" əsasında həyata keçirilir.
.
Vergi rezidentliyi sertifikatı müəyyən dövlətdə vergi rezidentlik statusunu sübut etmək və İkiqat Vergi Müqavilələrindən fayda əldə etmək, yəni ikiqat vergi ödəməkdən azad olmaq üçün çox vacibdir. Rezidentlik Sertifikatı Dövlət Vergi Xidməti tərəfindən bir vergi ili üçün verilir.
Azərbaycanda vergi rezidentliyi haqqında sertifikatın alınması üçün DTA 1 forması elektron və ya kağız daşıyıcıda təsdiq edilərək Dövlət Vergi Xidmətinə təqdim edilir. DTA-01 Formasına əlavə olaraq, ona müvafiq xarici dövlət, ərizəçi vergi ödəyicisi haqqında məlumatlar, habelə işlərin (xidmətlərin) təsviri əlavə edilir. Razılığa gələn digər dövlətdə hər hansı gəlirə münasibətdə ikiqat vergi müqavilələri üçün nəzərdə tutulmuş vergidən azad edilmə və ya daha aşağı vergi dərəcələrinin əldə edilməsi məqsədilə Azərbaycan vergi rezidentliyi sertifikatı tələb olunarsa, DTA-01 Formasında müqavilənin tarixi və nömrəsi, gəlirin əsası, habelə əldə edilmiş gəlirin müvafiq valyutada məbləğini (əgər varsa) dəqiq göstərilməklə əldə edilməlidir.
Müraciət edən vergi ödəyicisinin seçimi əsasında rezidentlik sertifikatı elektron və ya kağız daşıyıcıda əldə etmək mümkündür.
CLC-də biz sizi təmsil edə və Azərbaycanda müvafiq vergi rezidentliyi sertifikatını əldə edə, həmçinin ikiqat vergi müqavilələrinə uyğun olaraq vergilərin qaytarılmasına dəstək verə bilərik. Əlaqə saxlayın: [email protected], tel: 050 289 89 73