Daşınmaz əmlakın icarəsi ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi mövqeyi

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı mülkiyyətçi nikahda olan şəxs olarsa, qanunvericilik tərəfindən ərin (arvadın) razılığının tələb olunduğu hallar göstərilmişdir. Lakin nikahda olan şəxsin üzərində mülkiyyət hüququna sahib olduğu daşınmaz əmlakı icarəyə verməsi zamanı ərin (arvadın) razılığının tələb olunub-olunmaması ilə bağlı qanunvericilikdə konkret bir mövqe göstərilməmişdir. Təcrübədə isə notariuslar tərəfindən bir çox hallarda ərin (arvadın) razılığı tələb edilmir.

        Bu halla bağlı Caspian Legal Centerə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən göndərilmiş rəsmi cavaba görə, müvafiq razılıq tələb edilməlidir. Belə ki, Ailə Məcəlləsinə və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsində də göstərilir ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız sayılır.

         Lakin bu qayda bütün hallar üçün keçərli deyil. İlk növbədə, ər-arvadın hər birinin ayrıca mülkiyyətində olan daşınmaz əmlak icarəyə verilərkən bu razılıq tələb edilmir. Bura onların hər birinin nikaha daxil olanadək mülkiyyətində olan, nikah dövründə isə bağışlanma, vərəsəlik və ya digər əvəzsiz qaydada əldə edilmiş daşınmaz əmlak daxildir.

      Qeyd edilən qaydanın ikinci istisnası isə "Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu əsasında özəlləşdirilən mənzillərdir. Belə ki, bu Qanuna əsasən özəlləşdirilmiş mənzillər əvəzsiz qaydada əldə edildiyindən və ər (arvad) həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə, yəni mülkiyyətinə verilməsinə könüllü razılığını bildirdiyindən, həmin mənzillərin icarəyə verilməsi zamanı ər (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilmir.

          Beləliklə, daşınmaz əmlakın icarəyə verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi zamanı daşınmaz əmlakın mülkiyyətçisinin ərinin (arvadının) notariat qaydasında təsdiq edilmiş razılığı alınmalıdır.

Oxşar Yazılar

İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

Mar 30, 2022
Əmək haqqının hesablanması - tutulmalar 2025

Əmək haqqının hesablanması - tutulmalar 2025

Azərbaycanda işçilərdən tutulan gəlir vergisi və məcburi sosial sığorta ödənişləri

Jan 10, 2020
Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış i...

May 11, 2022
AZƏRBAYCANDA KRİPTOVALYUTA TƏNZİMLƏNMƏSİ

AZƏRBAYCANDA KRİPTOVALYUTA TƏNZİMLƏNMƏSİ

İstənilən fiziki və ya hüquqi şəxs kriptovalyuta fəaliyyətinə başlamazdan əvvəl (blokçeyn texnolo...

Jul 31, 2022