Miqrasiya Məcəlləsinin mübahisəli maddələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəsmi mövqeyi

Azərbaycan Respublikasının Miqrasiya Məcəllənin bir sıra müddəalarında konkret bir mövqe göstərilmədiyindən, həmin normaların tənzimlədiyi məsələlərin dəqiqləşdirilməsinə zərurət vardır.  Bu hallarla bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən verilmiş rəsmi cavabla müvafiq məsələlərə aydınlıq gətirilmişdir.

Belə ki, Miqrasiya Məcəlləsinin 45.0.3-cü bəndinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda bu hal müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsasdır. Lakin bu maddədə ən azı 100.000 dəyərində əmlaka birgə mülkiyyət halının da keçərli olub-olmaması və ya mülkiyyətçilərin sayı üçün limit göstərilməmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş cavaba əsasən, bu hal bir şəxsə münasibətdə müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası ərazisində satın alınmış daşınmaz əmlakın real bazar qiymətinin ölçülməsi üçün rəyi qəbul edilən təşkilatlar barədə praktikada anlaşmazlıqlar vardır. Dövlət Miqrasiya Xidməti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.

Həmçinin, Miqrasiya Məcəlləsinin 45.0.3-cü bəndinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının banklarında azı 100.000 manat məbləğində pul vəsaiti olduqda, bu hal müvəqqəti yaşamaq üçün icazəsinin verilməsi əsası hesab olunur. Bu maddənin tətbiqi zamanı depozitin spesifik olaraq hansı banklarda olması barədə anlaşmazlıqlar yaranırdı. Dövlət Miqrasiya Xidmətindən verilən cavaba əsasən, həmin depozit Azərbaycan Respublikasındakı istənilən bankda ola bilər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlişi zamanı bəyan ediləcək məqsəd də (viza növü) praktikada mübahisəli məsələlərdən biridir. Dövlət Miqrasiya Xidmətinin rəsmi mövqeyinə əsasən, həmin şəxs xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və rəhbər müavini vəzifəsini tutduqda ölkəyə əmək vizası ilə gəlməlidir. Lakin, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin həm təsisçisi, həm də rəhbəri və ya rəhbər müavini vəzifəsini tutarsa, bu halda ölkəyə işgüzar səfər vizası ilə daxil olması daha məqsədəuyğundur.

Bunlarla yanaşı, praktikada mübahisəli məsələlərdən biri də şəxsin vətəndaşı olduğu ölkənin çoxarvadlılığı və ya eynicinsli şəxslərin nikahını tanıması və şəxsin öz ölkəsində 1-dən çox şəxslə qanuni nikah münasibətlərində olması və ya eynicinsli şəxslə nikahda olması halında, onun qanuni nikahda olduğu bütün şəxslərin onun ailə üzvü sayılıb-sayılmaması məsələsidir. Belə ki, Miqrasiya Məcəlləsinin 45.0.5-ci bəndinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda, həmin şəxsə müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas yaranır. Dövlət Miqrasiya Məcəlləsinin rəsmi mövqeyinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyi ilə eynicinslilərin nikanı və çoxarvadlılıq tanınmadığından, müvafiq halda ailə üzvü hesab edilməyəcəkdir.

Azərbaycan miqrasiya qanunvericiliyi və miqrasiya sahəsində xidmətlərimiz barədə buradan məlumat əldə edə bilərsiniz. 

Oxşar Yazılar

Fərdi məlumatların qorunmasının hüquqi rejimi

Fərdi məlumatların qorunmasının hüquqi rejimi

Azərbaycanda fərdi məlumatlar, onların qorunması, ötürülməsi, məlumat istifadəçilərinin məsuliyyə...

Feb 12, 2021
Xarici bank köçürmələri barədə rəsmi şərh

Xarici bank köçürmələri barədə rəsmi şərh

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və...

May 15, 2023
Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Dünya Bankının 2021-ci il hesabatlarıda qeyd edilir ki, hazırda dünyada 147 iqtisadiyyat daxilind...

Oct 30, 2023
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Azərbaycan Respublikası Mərkəzi Bankı qısa müddət ərzində Əmrahbank, Atabank, NBC Bank və AG Bank...

May 27, 2020