Konsaltinq şirkətləri: konsaltinq şirkətlərinin xidmətləri
Konsaltinq şirkətləri: konsaltinq şirkətlərinin xidmətləri

Konsaltinq şirkətləri: konsaltinq şirkətlərinin xidmətləri

 

Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.

 

Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

 

Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən təminat vermədən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında məsləhət və tövsiyələrini verirlər. Bununla belə, konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə aşağıdakı məqamların nəzərə alınmasını tövsiyə edirik:

-          Göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi

-          Xidmətlərə daxil olmayan məsələlər

-          Konsaltinq şirkətinin təminat verdiyi nəticələr

-          Konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi

-          Konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahının (adlarının) dəqiq müəyyən olunması

-          Xidmətlərin göstərilmə müddəti

-          Konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası

-          Digər ümumi müqavilə şərtləri

 

Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu və oxşar səbəblərdən konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.

 

Caspian Legal Center şirkəti Azərbaycanda fəaliyyət göstərən konsaltinq şirkətlərindən biri kimi aşağıdakı məsələlərdə sizə dəstək verməyə hazırdır:

-          Hüquq məsləhətləri və hüquqi təmsilçilik

-          Biznesin təşkili zamanı hüquqi və vergi planlaması

-          Vergi konsaltinqi və mübahisələrin həlli

-          Mühasibatlıq xidmətləri və mühasibatlıq uçotunun təşkili

-          Hüquq və vergi konsaltinqi sahəsində digər tələb edilən xidmətlər

 

Beynəlxalq reytinqli və Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz:

Telefon: 050 289 89 73

Email: [email protected]

 

Oxşar Yazılar

Yeni Koronavirusun hüquqi təsirləri

Yeni Koronavirusun hüquqi təsirləri

Ümumdünya Səhiyyə Təşkilatı 30 yanvar 2020-ci ildə yeni koronavirusun (COVID-19) yayılması ilə ba...

Mar 11, 2020
Xarici valyutada əməliyyatlara dair məhkəmə təcrübəsi haqqında

Xarici valyutada əməliyyatlara dair məhkəmə təcrübəsi haqqında

Yasamal Rayon Məhkəməsində xarici valyutada aparılan əməliyyatlar üzrə  məhkəmə işləri üzrə səmər...

Nov 06, 2019
Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Azərbaycan bazarına daxil olmaq və hüquqi şəxs təsis etmək nisbətən asandır. Lakin müəssisələr bi...

Aug 12, 2021
Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış i...

May 11, 2022