Konsaltinq şirkətləri (ingiliscə "consulting" - məsləhət, "consultant" - məsləhətçi) adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik, İKT üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.
Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.
Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən təminat vermədən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında məsləhət və tövsiyələrini verirlər.
Konsaltinq şirkətləri adətən öz standart müqavilə formalarından istifadə edirlər. Azərbaycanda konsaltinq şirkətləri ilə işləyərkən öz konsaltinq xidmətləri müqavilə şablonunuzu təqdim etməyiniz tövsiyə olunur. Bu mümkün olmadığı hallarda, konsaltinq müqaviləsinin şərtlərinin peşəkar hüquqi yardım və zəruri hallarda texniki dəstək vasitəsilə nəzərdən keçirilməsi tövsiyə edilir.
Konsaltinq xidmətinin növündən asılı olaraq, konsaltinq xidmətləri müqaviləsinə müxtəlif spesifik şərtlərin daxil edilməsi tələb olunur. Lakin bütün hallara tətbiq edilə bilən ümumi bir yoxlama siyahısı əvvəlcədən hazırlanmalı və müvafiq konsaltinq layihəsi kontekstində nəzərdən keçirilməlidir.
Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu və oxşar səbəblərdən konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.
Beynəlxalq reytinqli və Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz:
Telefon: 050 289 89 73; Email: [email protected]
zərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan ...
Kadr uçotu xidmətlərini korporativ xidmətlər paketi çərçivəsində təqdim edirik. Kadr uçotu işləri...
Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq ş...
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və...
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin bir sıra məqamları ilə ba...