“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dair 28 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarının 4.3-cü bəndində Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələrin həyata keçirildiyi əməliyyatlar qeyd olunmuşdur. Həmin bəndin 4.3.4-cü yarımbəndində nəzərdə tutulur ki, bu əməliyyatlardan biri də “rezident hüquqi şəxslərin xaricdə yerləşən filial və nümayəndəliklərinə, həmçinin törəmə və tabeliyində olan qurumlarına məqsədi bəyan edilməklə edilən köçürmələr” daxildir.
İstinad edilən Qaydalarda hər hansı məhdudiyyət müəyyən olunmasa belə, bu halın yalnız nizamnamə kapitalının ödənilməsi və filial və nümayəndəliklərin xərclərinin qarşılanması üçün, yəni bu məqsədlə edilmiş ödənişlərlə məhdudlaşdırılması təcrübədə suallar və fərqli şərhlər yaranmışdır.
Bu məsələnin aydınlaşdırılması üçün Caspian Legal Center tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktuba verilmiş rəsmi cavaba əsasən bu maddənin tərkibinə rezident hüquqi şəxslərin törəmələrinə borc müqaviləsi əsasında borc vəsaitlərinin köçürülməsi də daxildir.
Xarici valyuta və onunla əməliyyatların aparılması ilə bağlı hər hansı sualınız olsa, bizimlə aşağıdakılar vasitəsilə əlaqə saxlaya bilərsiniz.
[email protected]; +994502898973.
Dünya Bankının 2021-ci il hesabatlarıda qeyd edilir ki, hazırda dünyada 147 iqtisadiyyat daxilind...
zərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan ...
Azerbaycanda hukuk danışmanlığı, avukatlar, Baküde hukuk büroları ile ilgili Türk vatandaşları ta...
Kadr uçotu xidmətlərini korporativ xidmətlər paketi çərçivəsində təqdim edirik. Kadr uçotu işləri...