Bakıda vəkillər və Hüquq məsləhətxanası seçimi
burada bakida vekiller haqqinda ve huquq meslehetxanasi barədə

Ənənəvi hüquq xidmətləri və ya hüquq məsləhətləri əldə etmək istəyən şəxslər, xüsusilə yaşlı nəsil hüquq məsləhətxanası və ya vəkil axtarmaq (seçmək) barədə düşünürlər. Bu məqalədə hüquq məsləhətanası, bakıda vəkillər və hüquq məsləhəti ilə bağlı adətən yanlış anlaşılan məqamlara aydınlıq gətirməyə çalışacağıq və tövsiyələtimizi verəcəyik.

 

Azərbaycanda, xüsusilə Bakıda vəkillər məhkəmə işləri sahəsində ixtisaslaşıblar və vəkil seçimi xüsusilə məhkəmə mübahisələri zamanı zəruri olacaqdır. Amma hüququn bir çox sahələri, xüsusilə məsləhətlər, bura daxildir biznes və ya kommersiya hüququ sahəsində məsləhətlər, müqavilələr, əmək və miqrasiya, tikinti, ailə hüququ, vergi hüququ və mülki hüququn başqa sahələri sahəsində məsləhət almaq üçün hər hansı ixtisaslı və peşəkar hüquqşünasdan məsləhət almaq mümkündür. Hüquqşünas seçimində və ya vəkil seçimində əsas məsələ həmin sahə üzrə müvafiq təhsil və peşəkarlığın olmasıdır. Əlavə olaraq, məhkəmə işlərində təmsilçilik, yəni şəxsin əvəzinə məhkəmə proseslərinə çıxa bilmək üçün vəkilin seçimi zəruri olacaqdır. Şirkətlər isə tam ştat işçilərini etibarnamə əsasında məhkəmədə təmsilçilik barədə səlahiyyətləndirə bilərlər.

 

Hüquq məsləhətxanaları isə ənənəvi olaraq vəkillərin yerləşdiyi qurum və ya vəkil bürosu kimi də anlaşılır. Adətən Bakıda vəkillərin seçimi hüquq məsləhətxanası üzrə deyil, vəkil üzrə həyata keçirilir. Yəni şəxs hüquq məsləhətxanasını deyil, müəyyən etdiyi vəkili səlahiyyətləndirir.

 

Bakıda vəkillər adətən aşağıdakı xidmətləri göstərirlər:
 

-məhkəmə instansiyalarına təmsilçilik

-mülki və cinayət işlərində cavabdehin və zərərçəkmişin müdafiəsi

-inzibati işlərdə dövlət orqanları qarşısında vətəndaşların hüquqlarının qorunması – bura həm dövlət orqanında inzibati icraat, həm də sonrakı məhkəmə baxışı daxildir

- mülki işlərdə hüquqları pozulan şəxsin adından iddiaçı kimi çıxış etmək

- apellyasiya və kassasiya şikayətlərinin yazılması və məhkəmədə müdafiə edilməsi

-cinayət işlərində təqsirləndirilən şəxsin müdafiəçisi (vəkili) qismində iştirak

-yuxarıdakılarla əlaqədar hüquqi yardımın edilməsi

Hüquq məsləhətxanalarında qeyd edilən işlərlə bağlı müxtəlif ixtisaslı vəkillər fəaliyyət göstərirlər və bizim tövsiyəmiz hüquqi işin xarakterinə uyğun olaraq təcrübəsi olan vəkilin və ya hüquq məsləhətxanasının seçilməsidir.

 

Hüquqi işin xarakterindən asılı olaraq, məsələn beynəlxalq xarakterli hüquqi işlərdə, beynəlxalq müqavilələrdə, xarici ölkələrin məhkəmə və arbitrajlarında hüquqların qorunması, beynəlxalq vergitutma işlərində, beynəlxalq nəqliyyat və daşımalar, ixrac və idxal müqavilələrində isə bu sahədə xarici təhsil və beynəlxalq təcrübənin olmasına diqqət yetirilməlidir. İstənilən hüquq təhsili olan şəxs üçün hər hansı müqavilənin tərtib edilməsi sadə və asan bir iş kimi təsəvvür edilsə belə, müvafiq təcrübəsi olmadığ halda həmin şəxsin özünün də, habelə müştərisinin də xəbəri olmadan yol verdiyi nöqsanlar olacaqdır.

 

Bakıda vəkillərin, hüquq məsləhətxanası və ya hüquqşünasın seçilməsindən sonra mütləq şəkildə yazılı xidmət müqaviləsi tələb edilməlidir və müqavilədə işin həcmi, xarakteri və müştərinin gözləntiləri əks etdirilməlidir. Xüsusilə sonrakı mübahisələrin qarşısını almaq üçün hansı nəticəyə təminat verilib-verilməmə, hüquq xidməti göstərən şəxsin məsuliyyəti və həcminin əks etdirilməsində maraqlı olun.

 

Bildiririk ki, CLC tam tərkibli, xarici təhsil və beynəlxalq təcrübəli komandası ilə hüququn müxtəlif sahələrində, o cümlədən məsləhətləşmə və məhkəmə işlərində, biznes hüququ və kommersiya hüququ da daxil olmaqla, vergi, mühasibatlıq və kadr uçotu sahəsində xidmətlər təklif edən məsləhətçi şirkətdir. Bizim mütəxəssislərimizin təcrübəsi və şirkətin işləri yüksək qiymətləndirilərək bir sıra beynəlxalq reytinqlərə daxil edilmişik.

 

Müştərinin istəyi ilə biz verilmiş hüquq məsləhətləri və xidmət üzrə peşəkar məsuliyyət sığortası təqdim edirik. Hər hansı sualınızı məmnuniyyətlə cavablandıra bilərik:

 

Mobil: +994 50 289 89 73, email: [email protected]