Məhkəmə əsl həqiqəti müəyyən etməlidirmi?

 

             Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 18 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərar (bundan sonra: Qərar) qəbul etmişdir. Qərarda məhkəmənin işə hansı çərçivədə baxması, ələxüsus işə baxılarkən məhkəmə tərəfindən obyektiv, yoxsa formal həqiqətin müəyyən edilməli olduğu məsələsinə aydınlıq gətirilmişdir.

            Konstitusiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ədalət mühakiməsi zamanı, çəkişmə prinsipi ilə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi prinsipi qarşılıqlı tətbiq edilməlidir. Qərara əsasən, hakimlər məhkəmə mübahisələrinə baxarkən çəkişmə prinsipini təmin etməli, yalnız tərəflərin topladığı sübutlar və faktiki hallar çərçivəsində işə baxmalı və həmin sübutlara müvafiq olaraq nəticəyə gəlməlidir.

            Beləliklə, mülki və iqtisadi işlər üzrə məhkəmə icraatı zamanı məhkəmə tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həqiqəti müəyyən etməlidir.

 

Oxşar Yazılar

Mənfəət Vergisi |  Gəlirdən Çıxılan Xərclər

Mənfəət Vergisi | Gəlirdən Çıxılan Xərclər

Bu məqalədə Azərbaycanda mənfəət vergisi ilə bağlı əsas müddəaları xülasə şəklində diqqətinizə ça...

Jun 15, 2020
İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

Mar 30, 2022
Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Azərbaycan bazarına daxil olmaq və hüquqi şəxs təsis etmək nisbətən asandır. Lakin müəssisələr bi...

Aug 12, 2021
Biznes əməliyyatlarında qarantiyalardan istifadə

Biznes əməliyyatlarında qarantiyalardan istifadə

Bank qarantiyalarından istifadə biznes əməliyyatlarında, xüsusilə irihəcmli əməliyyatlarda və müq...

Feb 15, 2019