Şirkət qeydiyyatı

Azərbaycanda biznesə başlamaq üçün vergi qeydiyyatı tələb olunur. Vergi qeydiyyatı fərdi sahibkarın vergi ödəyicisi eyniləşdirmə nömrəsini almaq və ya Azərbaycanda şirkət qurmaq yolu ilə mümkündür. Fərdi sahibkar kimi qeydiyyatdan keçmək üçün Azərbaycan vətəndaşlığı və ya müvəqqəti yaşama icazəsi tələb olunur. Şirkət qeydiyyatı üçün belə tələb yoxdur. Minimum investisiya və ya yerli tərəfdaş tələbi yoxdur. 

Yalnız işgüzar məqsədlər üçün belə tələblər qanunvericilikdə nəzərdə tutulmayıb. Lakin Azərbaycanda yaşayış icazəsinin əldə edilməsi üçün əlavə tələblər və meyarlar tətbiq edilir.

Qanunvericilik nizamnamə kapitalına dair belə bir minimal tələb müəyyən etmir. Lakin qeyd etmək lazımdır ki, şirkət direktorunun Azərbaycanda şirkət (biznes) əsasında yaşama icazəsi üçün müraciət etməyi planlaşdırdığı təqdirdə, nizamnamə kapitalı azı 50 000 AZN (təxminən 29 500 ABŞ dolları) olmalıdır.

Bəli, təsisçilərin müqaviləsi və nizamnaməsi əsasında fəaliyyət göstərən iki və daha çox təsisçinin mülkiyyətində olan hüquqi şəxs şəklində birgə müəssisə yaradıla bilər. Layihə şəklində birgə müəssisə təşkil etmək də mümkündür, yəni hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyətinin aparılması haqqında müqavilə ilə də "joint venture" (birgə fəaliyyət) layihələri icra edilə bilər. 

Qanunvericilikdə belə bir tələb nəzərdə tutulmayıb.

Azərbaycanda mövcud şirkət növləri, yəni kommersiya hüquqi şəxs növləri aşağıdakılardır: Məhdud Məsuliyyətli Cəmiyyət, Əlavə Məsuliyyətli Cəmiyyət, Açıq Səhmdar Cəmiyyət, Qapalı Səhmdar Cəmiyyəti, Tam Ortaqlıq, Kommandit Ortaqlıq, Mənzil Tikinti Kooperativləri.