Caspian Legal Center tərəfindən “Litva Respublikası: İnvestisiya və Avropa Birliyinə İxrac İmkanları” adlı tədbir keçiriləcəkdir

23 noyabr 2017-ci il tarixdə Caspian Legal Center ("CLC") tərəfindən DEMIRCHI TOWER Biznes Mərkəzində “Litva Respublikası: İnvestisiya və Avropa Birliyinə İxrac İmkanları” adlı tədbir keçiriləcəkdir.

Tarixi, hüquqi, coğrafi və iqtisadi əlaqələrinə görə Litva Respublikası Azərbaycan biznes subyektləri üçün birbaşa Baltikyanı və Skandinaviya ölkələrinə, habelə Avropa Birliyi gömrük ərazisinə məhsul ixracı və sahibkarlıq fəaliyyəti üçün böyük imkanlar açır. 

Tədbirdə Litva Respublikasına ixrac, həmçinin biznes imkanları və üstünlükləri barədə məlumatlarla yanaşı, daşınmaz əmlak sahəsində investisiya imkanları barədə də informasiya və praktiki təkliflər veriləcəkdir. 

Tədbir CLC tərəfindən Litva Respublikasından dəvət edilmiş və bu sahə üzrə təcrübəli hüquqşünas, hüquq elmləri doktoru xanım Zivile Stubrytenin təqdimatı və Litva Respublikasının ölkəmizdəki səfirliyinin rəsmi iştirakı ilə keçiriləcəkdir.

Tədbirdə iştirak edəcək biznes subyektləri və sahibkarlardan xahiş olunur ki, aşağıda qeyd olunmuş telefon nömrəsi və ya e-poçt vasitəsilə öncədən qeydiyyatdan keçsinlər.