Haqqımızda

Profil

Caspian Legal Center Bakıda yerləşən hüquq və vergi sahələri üzrə konsultasiya təqdim edən Azərbaycan şirkətidir. Şirkət olaraq kommersiya və şirkət hüququ məsələlərində, o cümlədən Azərbaycanda kommersiya qurumlarının yaradılması və fəaliyyəti ilə bağlı bizneslərə geniş həcmdə hüquqi dəstək və məsləhətlərin verilməsi üzrə ixtisaslaşmışıq.CLC Azərbaycanda praktiki biznes hüququ sahəsində geniş təcrübəyə malik hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən yaradılmışdır. Komandamız Qərb təhsillidir və biznes əməliyyatlarının beynəlxalq standartları və beynəlxalq hüquqi aspektləri baxımından təcrübəlidir. Bütün xidmətlərimiz azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunur. Yerli qanunvericiliyə, məhkəmə işi və praktikasına hər-tərəfli bələd olma, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması fəaliyyətimizin əsasını təşkil edir.Komandamızın üzvləri əvvəllər yerli holdinqlər, istehsal müəssisələri, idxal-ixrac yönümlü bizneslər, tikinti şirkətləri, banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı daxil olmaqla), nazirliklər (İqtisadiyyat Nazirliyi, Xarici işlər Nazirliyi) və hüquq şirkətlərində çalışmış və ya onlara xidmətlər göstərmişlər.CLC-nin məsləhətçiləri müqavilə danışıqlarında (müştərinin təmsil və müşayiət olunması), müqavilələrin hazırlanmasında, FIDIC müqavilələri də daxil olmaqla iri məbləğli (çox milyonluq) müqavilələrin təhlilində, mübahisələrin həlli və borcların alınması işlərində kifayət qədər təcrübəlidirlər.CLC hüquqi islahatları və biznes təşviqlərini intensiv formada izləyərək vergi və rüsumdan azadolmalar, azad zonalar və digər biznesin təşviqi stimulları barədə müştərilərə məsləhətlər verir. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən konsaltinq şirkəti olaraq, Azərbaycanda korporativ hüquq xidmətləri və biznesin qeydiyyatı, immiqrasiya üzrə məsləhət, neft-qaz sənayesində vergi və hüquq xidmətləri, əmək hüququ sahəsində xidmətlər,əqli mülkiyyət xidmətləri,müqavilə layihələrinin hazırlanmsı və danışıqlar, tikinti qanunvericiliyi sahəsində dəstək,vergi və mühasibat xidmətləri,mübahisələrin həlli və məhkəmə xidmətləri (borcların geri qaytarılması daxil olmaqla), daşınmaz əmlak və əmlak alqı-satqısı sahəsində xidmətlər təqdim edirik.Biz həmçinin əcnəbi şəxslərə ailə münasibətləri, məşğulluq, immiqrasiya, vərəsəlik, Azərbaycan Respublikasında xarici məhkəmə qərarlarının tanınması və icrası ilə bağlı hüquqi məsləhət və nümayəndəlik xidmətləri göstəririk.Müştərilərimizin bir çoxu Azərbaycanda fəaliyyət göstərən və ya yerli şirkətlərlə biznes əməliyyatları aparan transmilli şirkətlərdir. Bunlardan bir çoxu 41-dən çox ölkədə fəaliyyət göstərən Fortune Global 500 şirkətləridir. Biz müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, enerji və təbii sərvətlər, alternativ enerji, IKT, tikinti, hotelçilik və HORECA, sənaye istehsalı, maşınqayırma, kənd-təsərrüfatı, qida sənayesi, təhsil, xidmət sahəsi, idxal və ixrac, topdan və pərakəndə satış sahəslərində ixtisaslaşmış hüquq və vergi xidmətləri, habelə dövlət və ictimai qurumlara konsaltinq xidmətləri göstəririk. Yenilənmiş şirkət və müştərilərin profil sənədləri üçün bizimlə əlaqə saxlayın.

Rəylər

CLC Hüquq Təcrübəsi, IFLR 1000 tərəfindən Tövsiyə Edilən Hüquq Firması kimi, Legal 500 və Chambers & Partners tərəfindən Azərbaycanda Aparıcı hüquq firmalarından biri kimi reytinqlərə daxil edilmiş, həmçinin digər beynəlxalq mükafatlara layiq görülmüş və Bakıdakı qərb diplomatik orqanlarının siyahılarında yer almışdır.Haqqımızda verilən rəylər:“... kommersiya, korporativ və M&A, vergi və gömrük və məşğulluq məsələləri ilə bağlı ekspert məsləhəti.” Legal 500Onlar müştəri üçün ən yaxşı praktiki həllər tapırlar. Client Testimonials, Legal 500.“Komanda mürəkkəb şərtlər və təzyiq altında işləyə biləcəyini sübut etmişdir.” Client Testimonial, Chambers & Partners, General Business Law, Asia-Pacific. “Şirkət neft-qaz və maliyyə xidmətləri qaydaları çərçivəsində maliyyə və korporativ xidmətdə və layihənin inkişafı sahəsində fəal fəaliyyət göstərir.” IFLR 1000CLC-nin Vergi Təcrübəsi ITR tərəfindən World Tax və World Transfer Pricing-də sıralanır.Biz ITR tərəfindən MDB regionu üzrə ilin vergi şirkəti seçilmişik. Bundan əlavə, İdarəedici partnyorumuz Fərid Nəbili Beynəlxalq Vəkillər Kollegiyası tərəfindən Azərbaycan üzrə Vergi Reportyoru vəzifəsinə təyin edilmişdir.Vergi məsləhətçilərimiz və mühasiblərimiz Dövlət Vergi Xidməti tərəfindən tanınan vergi/mühasibatlıq üzrə ən mötəbər daxili sertifikat olan Peşəkar Mühasib Sertifikatı ilə sertifikatlaşdırılmışdırlar.

Korporativ Sosial Məsuliyyət

Korporativ Sosial Məsuliyyət prinsiplərimiz aşağıdakılardır:1. Gender bərabərliyiŞirkətimizdə gender bərabərliyi cinsindən asılı olmayaraq fərdlərə məşğulluq, vəzifə öhdəlikləri, təzminat və imkanlarla bağlı ədalətli və bərabər münasibəti özündə ehtiva edir.2. Qənaətbəxş iş və iqtisadi inkişafBiz davamlı, hərtərəfli və iqtisadi inkişafı, həmçinin bütün işçilər üçün iş-şəxsi həyat balansı da daxil olmaqla tarazlaşdırılmış və ədalətli məşğulluq şəraitini təşviq edirik.3. Etik biznes praktikasıBiz hüquq və vergi sahəsində yüksək etik standartlara əməl edərək fəaliyyət göstəririk.4. Tələbələrə dəstəkBiz bakalavrlar pilləsində təhsil alan tələbələrə təcrübə imkanları təklif edərək və təcrübələrini uğurla başa vurduqları halda onları tam ştatlı işçi kimi işə götürərək fəal şəkildə dəstək göstəririk.5. Pro Bono hüquq xidmətləriƏlillər və müharibə veteranlarının ailə üzvləri də daxil olmaqla, hüquqi təmsilçilik üçün ödəniş imkanı olmayan şəxslərə və ya qeyri-kommersiya təşkilatlarına pulsuz hüquqi xidmətlər təqdim edirik. Buraya hüquq məsləhətləri və ya hüquqi sənədlərlə bağlı yardım daxildir.6. Ekoloji təşəbbüslərŞirkətimiz ətraf mühitin mühafizəsi üzrə yerli layihələri dəstəkləməklə ekoloji davamlılıq təşəbbüslərində iştirak edir. Əhəmiyyətli məhkəmə mübahisələri və ekoloji mübahisələrdə, şikayətlərdə və təşəbbüslərdə şəxslərin kollektiv şəkildə təmsil olunması ilə bağlı açıq çağırışımız mövcuddur.7. Qeyri-kommersiya təşkilatlarına dəstəkBiz yerli xeyriyyə təşkilatları və ya qeyri-kommersiya təşkilatları ilə onlara hüquqi ekspertiza və yardım təklif etməklə tərəfdaşlıq edirik. Ətraf mühitin, heyvan hüquqlarının qorunması, əlillər təşkilatlarının dəstəklənməsi bu qəbildən olan işlərimizə daxildir.