Vergitutma və hesabatlılıq

 

Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər.  Xüsusilə bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər.

Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.

Biz nə təklif edirik

CLC-in vergi məsləhətləri xidmətləri əməliyyatlar və vergi hüququ üzrə planlamanı, həmçinin vergi ixtilaflarını və mübahisələrini əhatə edir. Bizim fəaliyyət göstərdiyimiz sahələrə aiddir:

- vergilərin planlanması, restruktizasiyası və optimallaşdırılması

- mühasibatlıq, daxili sənədləşmənin təşkili, dövlət orqanlarına hesabatların verilməsi

- ianə, sponsorluq və investisiya qoyuluşu zamanı xüsusi vergitutma rejiminin əldə edilməsi

- dövlət və yerli orqanlarla danışıqlar yolu ilə vergi güzəştlərinin və təşviqlərinin əldə edilməsi

- əməliyyatların vergitutma nəticələri və digər vergi məsələləri üzrə rəylərin yazılması

- şirkətin vergi uyğunluğu vəziyyətinin yoxlanılması və məsləhətlərin verilməsi

- vergi mübahisələri və məhkəmə işləri