Azərbaycan bazarının tənzimləmə baxımından bu qeyri-sabit hissəsi daşınmaz əmlak üzrə əməliyyatlara peşəkar yanaşma tələb edən bir sıra dəyişikliklərə məruz qalmışdır. Hazırda həm bizneslə məşğul olan şəxslər, həm də digər şəxslər mülkiyyət risklərinin istisna edilməsi üçün əmlakla əlaqədar əməliyyatların lazımi sənədləşdirilməsində maraqlıdırlar.

Biz nə təklif edirik:

CLC əmlakın satın alınması, satılması, icarəsi və lizinqi ilə bağlı bütün hüquqi addımlarda müştərilərinə məsləhət verməklə, daşınmaz əmlak məsələlərində fəaliyyət göstərir. Biz biznes qurumunun və mülkiyyətçinin (səhmdarın) əmlakının və əmlak hüquqlarının qorunmasını, yəni əmlakın bütün sertifikatlara və lazımi sənədlərə malik olmasını, mülkiyyət hüquqlarının qeydiyyatını təmin edirik.

Bizim fəaliyyət göstərdiyimiz sahələrə daxildir:

  • əmlak maraqlarına dair bütün hüquqi sənədlərin hazırlanması, təhlili və razılaşdırılması
  • daşınmaz əmlakın alqı-satqısında əcnəbilərə məsləhətlərin verilməsi
  • icarə və kirayə müqavilələri üzrə məsləhətlərin verilməsi, sifarişçinin tapşırığına uyğun tikilmiş əmlak üzrə renta
  • daşınmaz əmlak sənədləşməsinin tənzimlənməsi
  • hüquqi şəxslərin birləşməsi zamanı əmlakın idarə edilməsi
  • biznes üçün əmlakın girovu, yüklülüyü üzrə məsləhətləşmələr
  • müflisləşmə və ləğvetmə zamanı əmlakın idarə edilməsi
  • torpaq alqı-satqısı və qeydiyyatı, daşınmaz əmlak müqavilələri
  • daşınmaz əmlaka vergiqoyma məsləhətləri
  • əmlakın idarə edilməsi üzrə razılaşmalar